Nəhəng planşet görənləri təəccübləndirəcək

26-10-2013 / 16:47

Microsoft korporasiyası Surface 2 və Surface Pro 2 planşet kompüter modellərinin tanıdılması üzrə reklam kampaniyası çərçivəsində qeyri-adi aksiya keçirərək Londonun Trafalqar meydanında 383 düyümə malik 27х17 fut ölçülü (823х518 sm) və Type Cover 2 klaviaturalı nəhəng Surface 2 planşetini quraşdırıb.

Xəbərlər-in verdiyi məlumata görə, planşetin yığılması üçün 12 saat lazım olub.  

Nəhəng qurğuya USB və microHDMI çıxışları vasitəsilə adi Surface 2 modelindən, eləcə də klaviaturanın köməyi ilə qoşulmaq mümkündür. Nəhəng klaviaturanın düymələri arasında lazımi klavişə yaxınlaşmaq üçün cığırlar salınıb.   

Trafalqar meydanında hər gün minlərlə turistin olması səbəbindən korporasiya nəhəng planşetin burada quraşdırılmasına qərar verib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə