Previous Next
Bağla

AzTU-da 16 şəhərin hərəkət planı hazırlanıb

21-05-2024 13:05
AzTU-da 16 şəhərin hərəkət planı hazırlanıb

Azərbaycan Texniki Universiteti (AzTU) Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay və Ağcabədi daxil olmaqla 16 şəhərin şəhərdaxili hərəkət (mobillik) planını hazırlayaraq yekun müzakirəsini təşkil edib.

 Xeberler.az  xəbər verir ki, bu məqsədlə təşkil edilən dəyirmi masada İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Suraxanı Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və müvafiq şirkətlərin nümayəndələri iştirak edib.

 AzTU-nun rektoru Vilayət Vəliyev mobillik planının hazırlanmasının iqtisadi, sosial və ətraf mühitə verdiyi töhfələri onə çəkərək layihə əsasında gəlinən əsas nəticələri vurğulayıb. Qeyd edib ki, əsas nəticələr dövlət-sənaye-universitet iş birliyinin və ictimaiyyətin iştirakı ilə müzakirə platformasının yaradılması, digər tərəfdən mobillik proqramını hazırlayan tələbə-müəllimlərdən ibarət mütəxəssis komandasının və infrastrukturun formalaşması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə Bakıda keçiriləcək COP29 üçün əhəmiyyətli töhfədir.

 AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili mobillik planının hazırlanması prosesinin bütün mərhələlərini əhatə edən geniş təqdimatla çıxış edib. O mobillik planının hazırlanmasının dövlət dəstəyi ilə ölkəmizin elm-təhsil potensialı əsasında yerinə yetirilməsinin mühüm addım olduğunu vurğulayıb. Planın hazırlanmasında tədqiqatların aparılması üçün mükəmməl metodologiya və tədqiqtçılar hazırlanıb, eləcə də hesablama paketi və texnologiyaları əldə edilib. Odur ki, planın hazırlanmasında AzTU-nun müəllim və tələbələri yaxından iştirak edib, dissertasiya mövzularının böyük əksəriyyəti məhz layihə əsasında yaranan problemlərin həllinə həsr olunub.

 Bununla da həm ölkəmizdə, həm də xaricdə bu istiqamətdə işlərin görülməsi üçün fundamental elmi əsaslar yaradılıb. Dəyirmi masa iştirakçıları layihə nəticələrini geniş müzakirə edərək, şəhərdaxili mobillik proramının yüksək peşəkarlıqla hazırlandığını bildirib, nəticələrinin nəşr edilməsinin vacibliyini vurğulayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25-04-2025

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə