NEXUS şirkəti daha bir əlamətdar tədbir keçirdi. İl boyu 5 ulduz partnyor proqramı aksiyasında iştirak edən NEXUS-un rəsmi diler və distribütor statuslu partnyorları nəticələrlə tanış oldu. Tədbirdə NEXUS rəsmi partnyorlarından əlavə Microsoft Azerbaijan, Ultra və bir neçə İT şirkətlərin nümayəndələri iştirak edirdi.
Tədbirin açılışı şirkətin baş direktoru Zaur Məmmədzadə edərək dəvət olunmuş bütün qonaqları salamladı. 2008-ci ilin partnyor proqramının yekun nəticələrini bildirən 5 ulduz final tədbirini açıq elan etdi.
Daha sonra NEXUS şirkətinin Satış direktoru Məhəmməd Zülfüqarlı çıxışına başladı. O, NEXUS bredinin yaradılma tarixindən hal-hazırki zamana kimi tarixcəsindən dəvət almış partnyorlara informasiya verdi. Brendin 5 illik inkşaf tarixi, ilk noutbuk məhsulları, regionlarda təmsilçilərimiz, dövlətin bu illərdə qayğısından söz açan Məhəmməd Zülfüqarlı daha sonra il ərzində NEXUS-un maraqlı marketinq strategiyasından, beynəlxalq və yerli sərgilərdəki iştiraklardan və qazanılar uğurlardan danışaraq növbəti çıxış üçün sözü NEXUS-un satış meneceri Tamerlan Məmmədzadəyə verdi.
Tamerlan Məmmədzadə isə öz çıxışında NEXUS məhsullarının keçəl il ərzində yeniləşmiş məhsullarından, yeni müasir dizaynda istehsala başlamış noutbuklar barəsində çıxış etdi.
Çıxışlardan sonra aksiyanın nəticələri açıqlandı. 2008-ci il üçün 5 ulduz aksiyasında iştirak etmiş rəsmi status almış mağaza və şirkətlərdən aksiya şərtlərinə görə qaliblərin adları ekranlarda göründü. Beləliklə, Baku Electonics, HB Computer, Proxima, Home Credit yekun nəticələrə görə qaliblər siyahısında öz yerlərini tapdı. Qaliblərə NEXUS tərəfindən müxtəlif hədiyyələr təqdim edildi. Yekunlara görə qalibiyyət əldə etmiş şirkətlər növbəti 5 ulduz aksiyasında da iştirak edəcəklərini bildirdilər. Tədbirdə eləcə də, bəzi dilerlərə həvəsləndirici hədiyyələr təqdim olundu. Bunlar arasında Samsung 14, Kömpüter Mütəxəssisləri Mərkəzi, Enter (Bərdə), Sensus (Şəki) dilerləri var idi. mak.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri