Nokia-nın səhmləri ucuzlaşıb

12-04-2012 / 13:08
Finlandiyanın mobil telefon istehsalçısı Nokia şirkətinin səhmləri Helsinki birjasında keçirilən hərraclarda 19 faiz ucuzlaşıb.
 
Xəbərlər-in verdiyi məlumata görə, ucuzlaşmaya səbəb şirkətin 2012-ci ilin birinci və ikinci rübündə mobil telefonların satışından əldə edəcəyi mənfəətin əvvəllər nəzərdə tutulduğundan xeyli aşağı olacağı ilə bağlı proqnozu olub.
 
İstehsalçı mənfəətin azalması ilə mübarizə aparmaq üçün təcili tədbirlər görəcəyini bəyan edərək diqqətini daha çox Lumia modelinin satışına, eləcə də xərclərin azaldılmasına yönəltmək niyyətində olduğunu qeyd edib, Lenta yazır.
 
Qeyd edək ki, sürətlə inkişaf edən smartfon bazarında pay sahibi olmağa çalışan Nokia yarım il ərzində iki model - Lumia 800 və Lumia 900 smartfonlarını buraxıb. Nokia həmçinin Apple iOS və Google Android əməliyyat sistemləri ilə rəqabət aparan Windows Phone əməliyyat sisteminin sahibi Microsoft korporasiyası ilə əməkdaşlıq edir.
 
Xeberler.az

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.