Previous Next
Bağla

Ofisdə və ya evdə işləməkdən yorulanlar üçün yeni məkan

22-04-2015 13:17
Ofisdə və ya evdə işləməkdən yorulanlar üçün yeni məkan

İndiki zamanda ofis dörd divar arasında stol və stul anlayışından kənara çıxıb. Belə ki, hazırda çalışmaq üçün kompüter və proqramların olması kifayətdir. Bəzən evdə və kafelərdə olan şəraitdə   işləmək o qədər də effektli olmur. Bu səbəbdən ölkəmizdə  yeni iş məkanı konsepsiyası yaranıb – kovorkinq. 

Bakı şəhərinin mərkəzində  yerləşən “Fabrika”  yeni və maraqlı iş şəraitində çalışmaq imkanları təqdim edir. “Fabrika”  müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəzi, yeni biznes ideyaları yaratmaq üçün xüsusi  məkan və müştərilərlə rahat görüşmək üçün şərait  yaradır.

“Fabrika”-nın icraçı direktoru Tamerlan Məmmədov fabrikin fəaliyyəti, təqdim etdiyi xidmətlər və üstünlükləri ilə bağlı Xəbərlər-ə ətraflı məlumat verib.

Tamerlan Məmmədov deyib ki, şəhərimizdə ilk kovorkinq mərkəzi – FABRİKA ötən il dekabrın 28-də açılıb. Onun sözlərinə görə, mərkəz bir neçə məsələ ilə digər iş mərkəzlərindən fərqlənir.

Həmtəsisçi bu barədə ətraflı məlumat verir:

-“FABRİKA” Bakı Ayaqqabı Fabrikasının binasının ilk mərtəbəsində yerləşir və İntellekt EVİ ilə eyni ofisi paylaşır. Sahəsi 200 kvadrat metr olan FABRİKA-da 2 böyük çalışma zalı, 2 toplantı otağı var.  1-5-ci günlər fəaliyyət göstərən mərkəz həftənin şənbə və bazar günlərini İntellekt EVİ və tədbirlər üçün məkan kimi fəaliyyət göstərir. Fəaliyyətinin ilkin müddətində FABRİKA partnyorlarına (FABRİKA-da müştəri yoxdur hər kəs partnyordur) müəyyən ödəniş qarşılığında yer, Internet, bəzi hüquqi məsələlərdə yardım və ən önəmlisi-Bakıda nadir olan veloparkinq təqdim edir. İlkin mərhələdə İNTELLEKT evi ilə əməkdaşlıq edərək fərqli iqtisadi oyunlar təklif edən FABRİKA eyni zamanda fərqli səpkili master klasslar da təşkil edir”.

 

İcraçı direktor deyir ki, FABRİKA üzvləri mərkəzin geniş partnyor şəbəkəsindən yararlanaraq poliqrafiya və web xidmətlərə asan çıxış əldə edə bilərlər. Bununla yanaşı mərkəz rezidentlərinə korrespondesiya üçün hüquqi ünvan təqdim olunur. Mərkəzin kitabxanası da fəaliyyət göstərir”.

 

Tamerlan Məmmədov “Fabrika”-nın ofislərindən istifadə barədə də məlumat verib:

“Fabrika Kovorkinq Mərkəzi üç sahə üzrə fəalliyət göstərir. Belə ki, İş məkanı və ofis – sahibkarlara və istənilən peşənin mütəxəssislərinə çalışmaq üçün yer təklif edir, yəni kovorkinq məkanı, toplantı otaqlar, tədbir zalları – istənilən tədbirlər üçün zallar təqdim olunur, sosial klub – müxtəlif mövzulu sosial layihələr, master-klasslar, təlimlər, kino nümayişlər, vebinarlar, stol üstu oyunlar və s”.

İcraçı direktor qeyd edir ki, ofisləri günlük, həftəlik və aylıq kirayəyə götürülə bilir və müştərilər  iş üçün lazım  olan hər bir imkanla  təmin edilir. Onun sözlərinə görə, ən əsası, kovorkinq xüsusi bir mühit və sinerji yaradır ki, bu da ancaq həmfikirli insanların birgə mühitdə çalışmaları zamanı yaranır.

Qiymətlərə gəlincə bir neçə fərqli paketin mövcud olduğunu deyir:

““Bir həftəlik layihə” iş yeri – 70 AZN, “Bir aylıq qalacam” iş yeri – 150 AZN, “Startupçılar (2 nəfər – 1 ay): iş yeri – 200 AZN, “Startup komanda (3 – 4 nəfər – 1 ay): iş yeri – 300 AZN.

Bundan başqa az öncə qeyd etdiyimiz kimi, FABRİKA-da eyni zamanda iki toplantı otağı mövcuddur. Otaqlar 1+1 və 8+2 formatında dizayn edilmişdir. Toplantı otaqları kovorkinq mərkəzi üzvləri üçün həftənin iş günləri pulsuz istifadə edilə bilməklə yanaşı fərdi şəxslər də müəyyən ödəniş müqabilində bu otaqlardan yararlana bilərlər.
Toplantı otaqları isə “1+1” – 1.5 saat – 10 AZN, “8+2” – 1.5 saat – 25 AZN-dir”.

İcraçı direktor onu da qeyd edib  ki, kovorkinq mərkəzindən istifadə üçün müraciət edən şəxslər ilk öncə nə qədər müddət mərkəzdən istifadə edəcəkləri ilə bağlı  vaxt   seçməlidirlər və bundan sonra komandalarına uyğun  imkanlar təqdim edilir.

 Məltəm Talıbzadə 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Günlərinin qalib komandası Fabrika-da fəaliyyət göstərəcək

Startap Günlərinin qalib komandası Fabrika-da fəaliyyət göstərəcək

30-11-2015
Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

07-09-2015
“Startap layihələrin dünya bazarına çıxmasına dəstək  verəcəyik”

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015
“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!   

“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!  

18-07-2022
CityNet internet qiymətlərini endirdi

CityNet internet qiymətlərini endirdi

19-03-2018
"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025
MilliNet 2016 Nominantları hansı saytlardır?

MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016
“Baku Business Factory” yerli startaplara dəstək verəcək

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015
“Startap Azərbaycan 2015”  müsabiqəsinin qalibləri sabah elan olunacaq

“Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri sabah elan olunacaq

14-05-2015
ABB-dən “Fayda Max Abunəlik” proqramı

ABB-dən “Fayda Max Abunəlik” proqramı

12-03-2026
Bakıda hansı daha sərfəlidir: Uber, yoxsa şəxsi avtomobil?

Bakıda hansı daha sərfəlidir: Uber, yoxsa şəxsi avtomobil?

07-10-2016
Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026
Milli Net 2015 Nominantları ilə tanış olaq

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015
“Startap Azərbaycan 2015”- in qalibləri açıqlandı - Fotolar

“Startap Azərbaycan 2015”- in qalibləri açıqlandı - Fotolar

15-05-2015
Azercell daha bir bilik yarışmasına dəstək oldu

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015
Nar-dan Yeni İl endirimi

Nar-dan Yeni İl endirimi

29-12-2017
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025
Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025
Azercell-dən yeni müsabiqə

Azercell-dən yeni müsabiqə

14-09-2017
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!

Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!

13-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə