Startap Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2015” milli konfransı keçirilib.
Bu gün Park İnn Otelində “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2015” milli konfransı keçirilib.
Xeberler.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti , Startap Azərbaycan Təşkilat Komitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq Startap Azərbaycan çərçivəsində keçiriləcək yekun tədbirlər haqqında məlumat verib.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi edib. O, beynəlxalq aləmdə, ölkədə startap və İnternet biznes sahəsində mövcud durumla bağlı məlumat verib. Nazirlik rəsmisi ölkədə bu sektorun inkişafı üçün dövlət tərəfindən atılacaq kompleks addımlar haqqında məlumat verib.
Elmir Vəlizadə startaplara dövlət dəstəyinin daha da güclənəcəyini diqqətə çatdırıb.
RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov da açılış nitqi söyləyib. O, startap sahəsinin inkişafı məsələlərinə toxunaraq bu sahənin Fondun diqqət mərkəzində olduğunu bildirib. Elçin Zeynalov Startap Azərbaycan tədbirlərinin ölkədə bu sahənin inkişafında mühüm töhfələr verdiyini qeyd edib. Fondun direktoru Dövlət Fondunun həyata keçirdiyi layihələr və gələcək planlarla bağlı da məlumatı iştirakçılara çatdırıb.
Daha sonra “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” mövzusunda milli konfrans öz işinə başlayıb. Bir paneldən ibarət olan konfransda panelçilər Neuron Technologies şitkətinin direktoru İsmayıl Ələkbərov, Ülvi Aslanov ( YT Park), Fərid Kazımov (Startap Azərbaycan), Rəşad Məmmədli (Baku Business Factory) mövzu ətrafında tezislərini konfrans iştirakçılarına çatdırıblar.
Müzakirələrdə və diskussiyalarda Anar Rüstəmov (QAFQAZ Universiteti), Orxan Əhmədov (Startap Azərbaycan), Vahid Qasımov (Azərbaycan Universiteti ), Tamerlan Məmmədov ( FABRİKA Kovorkinq Mərkəzi), Aydın Hüseynov (təhsil eksperti), İlqar Abdullayev (E-gov Portalı), Anar Məmmədov, Rəşid Əliyev(BethClip) və digərləri çıxış ediblər.Çıxışlarda startap sektorunun inkişafını ləngidən problemlər qeyd edilib və inkişafa kömək edəcək təkliflər verilib.
Nazir müavini Elmir Vəlizadə və Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və panelçilər qaldırılan məsələlərə münasibətlərini bildiriblər və aidiyyatı suallar cavablandırılıb.
Osman Gündüzün moderatorluğu ilə keçirilən konfrans maraqlı tərəflərin iştirakı ilə müxtəlif müzakirələrlə davam edib.
Daha sonra Startap Azərbaycan qaliblərinin təqdimatı başlayıb. Osman Gündüz “Startap Azərbaycan 2015” çərçivəsində görülən işlərlə təqdimat iştirakçılarını tanış edib.
O, ötən müddət ərzində Startap Azərbaycan çərçivəsində Bakı Dövlət Universitetində, İqtisad Universitetində , Texniki Universitetdə və Memarlıq və İnşaat Universitetində Startap toplantılarının keçirildiyini, maarifçilik işlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Osman Gündüz ötən illərdən fərqli olaraq bu sahədə Elektron Hökumət Portalı ilə birgə maariflçilik işlərinin və görüşlərin keçirildiyini bildirib.
Eyni zamanda Startap Azərbaycan yarışmasına qatılan milli startap komandalarının üzvlərinə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlimlərin keçirildiyini diqqətə çatdırıb.
Osman Gündüz üç ay davam edən Startap Azərbaycan müsabiqəsinə 34 startap layihəsinin təqdim edildiyini və 1-ci mərhələ səsvermə nəticəsində 13 yarımfinalçı startapın seçildiyini bildirib.
O, 8 ekspert tərəfindən layihələrin 5 istiqamət üzrə (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) 10 ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb.
Osman Gündüz qeyd edib ki, bu il müsabiqəyə 3 xüsusi nominasiya da daxil edilib.
Təqdimat mərasimində ilk öncə bu 3 xüsusi nominasiyalar üzrə fərqlənənlərin adları açıqlanıb. Belə ki, “Ən motivasiyalı komanda” nominasiyası üzrə MyTagram, “GoMap mobil tətbiqləri” üzrə Baku Parking, “E-gov mobil tətbiqləri” nominasiyası üzrə isə RobiGuide layihəsi seçilib.
Yarışmanın yekununda 4 startap layihəsinin, Appol-Ustad, Portret.al, Baku Parking və BillBoard.az startaplarının uğur qazanaraq finala çıxdığı elan edildi.
Təqdimat mərasimində finala çıxan və fərqlənən hər bir startap layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar ediblər.
Nazir müavini Elmir Vəlizadə və özəl şirkətlərin rəhbərləri qaliblərə və fərqlənənlərə mükafatlar və diplomlar təqdim ediblər.
Konfransda müzakirələrin yekunu olaraq təkliflərin hazırlanacağı və hökumətə təqdim ediləcəyi də vurğulanıb.
Bu gün həmçinin yekun tədbirlər çərçivəsində finala çıxan startaplarla investorların və İT sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrinin qapalı görüşü ( pitç sessiya) təşkil olunub. Görüşdə iştirak edən investorların qalib gələn startap komandasının üzvləri arasında gələcək işbirliyi ilə bağlı müzakirələri olub. Komandalar bir daha investorlara öz layihələrinin incəlikləri ilə bağlı məlumatlar veriblər.
Startap Azərbaycan yekun tədbirlərində və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər - startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər iştirak edib.
“Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi , milli konfransla bağlı bütün fotolar və video startup.az-da yerləşdirilib.
Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
İnfiPro, SİNAM , Cybernet, Fabrika Kovirkinq Mərkəzi və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.
Məltəm Talıbzadə
Fotolar: Tərlan Yusif
Nəcəf Nəcəfli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri