Previous Next
Bağla

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015 10:27
“Baku Business Factory” yerli startaplara dəstək verəcək

Bakıda gənclərin biznes ideyalarına dəstək verən yeni “Baku Business Factory” (BBF) adlı qurum yaranıb.

Xəbərlər BBF-in fəaliyyəti ilə maraqlanıb.

BBF-nin Marketinq meneceri Rəşad Məmmədli yeni mərkəz haqda ətraflı məlumat verib.

Rəşad Məmmədli deyir ki, Prezident İlham Əliyevin işğüzar elitaya ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı ünvanladığı çağırışı rəhbər tutaraq, eprel ayından  Bakıda gənclərin biznes ideyalarına dəstək verən yeni “Baku Business Factory” (BBF) Mərkəzini yaradıblar. 

Mərkəzin yaradılmasının məqsədinə gəlincə isə o, qeyd edib ki, mərkəz gənclərimizin uğurlu biznes qurmasına istər şərait yaratmaq, istərsə də birbaşa dəstək göstərmək məqsədilə ilə təşkil olunub:

“İnanırıq ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayətdir. Biz də bu şansın yaradılmasına dəstək olmaq və uğurlu təcrübəmizi onlara ötürməyə çalışacağıq”.

O bildirib ki, BBF fəaliyyətini 2 struktur bölmədə həyata keçirəcək. İlk bölmədə startapların layihə davamllılığı qiymətləndirilib, sonra onlara müəyyən imkanlar veriləcək:

“Bölmələrdən birində – Startap Laboratoriyasında qəbul olunmuş startaplara layihənin mürəkkəbliyindən və gəlirliliyindən asılı olaraq müəyyən vaxt verilir. Bu müddət ərzində startaplar BBF-dən ofis və ofis avadanlıqları, yerli və xarici ekspertlər tərəfindən mütəmadi keçiriləcək biznes və menecment təlimləri, İT xidmətlərini pulsuz olaraq əldə edəcəklər. Əvvəlcədən müəyyən olunmuş vaxt ərzində özünü doğrultmuş nümunəvi startaplar BBF-dən investisiya almaq imkanı da əldə edə biləcəklər”.

Rəşad Məmmədli deyib ki, digər bölmə olan Kovorkinq Mərkəzində (Сo-working center) isə əsasən frilanserlər ( müqavilə əsasında işləyən proqramçılar, tərcüməçilər, dizaynerlər və s.), kiçik biznes və layihələrin nümayəndələri öz fəaliyyətləri üçün ortaq məkandan istifadə edə biləcəklər.

Onun sözlərinə görə, zahiri görünüşü baxımından Kovörkinq Mərkəzi adi ofislərdən fərqlənmir. Əsas fərq burada fəaliyyət göstərəcək insanların bir-birindən heç bir asılılığın olmamasıdır:

“Təşkilatın ofisi öz görkəmi ilə də fərqlənir. Ofisdə iş və istirahət üçün, əsasən də, burada fəaliyyət göstərəcək startaplar, kiçik bizneslər və frilanserlərin özlərini tam sərbəst hiss etmələrinə hər cür şərait yaradılıb: burada fərqli dizaynda iş zalları, konfrans otaqları, istirahət və oyun otaqları, mətbəx, yüksək sürətli internet, telefon, resepşn xidməti və ofis üçün lazım olan digər avadanlıqlar mövcuddur”.

Qeyd edək ki, “Baku Business Factory” (BBF) şəhərin mərkəzində Nizami küçəsi 203-B ünvanında AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Ofisin  cəmi ərazisi 620 kvadrat metr təşkil edir.

“Baku Business Factory” haqqında ətraflı məlumatla www.bbf.az saytında tanış ola bilərsiz.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BBF-ə startap müraciətlərinin qəbulu davam edir

20-09-2015

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016

BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

14-07-2015

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015

Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

17-08-2015

Baku Business Factory 1 yaşını qeyd edir

04-05-2016

Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015

BBF startapları hansı şərtlərlə qəbul edir?

05-10-2015

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016

“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar keçirilib

11-04-2016

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Azərbaycanın startap ekosistemində yeni təkan - Sup

04-12-2015

Azərbaycanda startapların biznes modeli araşdırılıb

02-04-2020

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015

Yerli startap komandamız Dubayda fəaliyyətə başladı- Foto

24-07-2017

Almaniyanın İT təcrübəsi ölkəmizə gətirilir

03-11-2015

Gənclərə dəstək olan Young Business Factory-dan reportaj

03-08-2015

Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi

06-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə