Previous Next
Bağla

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015 14:55
Milli Net 2015 Nominantları ilə tanış olaq

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Asudə vaxt, idman, əyləncə” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Korporativ saytlar” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik. Bunlar “Coworking.az”, “Cbg.az”, “Metas.az”, “Avirtel.az”, “Reha-med.az”, “Senseitdesign.az”, “Limecatering.az”, “Furor-restaurant.com”, “Amk.az”, ”Shtutqart.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Coworking.az - “Fabrika” Bakı şəhərinin mərkəzində işgüzar rayonunda yerləşən yeni iş sahəsidir. Bu darıxdırıcı ofis sahələrindən bezənlər, kafelərdə fikrini toplaya bilməyənlər və evdə ayrıca oturub işləməyi sevməyənlər üçün yeni bir məşğuliyyətdir. “Fabrika” istifadəçilərin müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəzi, yeni biznes ideyaları yarada biləcəkləri məkan və müştərilərlə görüşəcəkləri yerdir.

Cbg.az CBG missiyası dünyanın aparıcı istehsalçılarının məhsulu olan ağır tikinti texnikası, generatorlar, sənaye və dəniz mühərrikləri və müxtəlif ehtiyat hissələrini təmin etməklə, asanlıqla lazım olan tikinti avadanlıqlarının müştərilər tərəfindən əldə edilməsinə kömək etməkdir.

Metas.az Avtoyuma sahəsində innovativ şirkətdir. Saytın məqsədi illərdir buxarla təmizlik edildiyini deyərək sulu buxarla avtoyumanın adi yuma ilə heç bir fərqinin olmadığını göstərməkdir. Metas.az-da istifadəçilər saytda həqiqi QURU BUXAR avto yuma sistemi haqqında məlumat əəldə edə bilərlər.

Avirtel.az Amerika şirkəti Cybernet Communication Inc.-ın filialı olan Avirtel 2000-ci ildə sadə bir məqsədlə - ən yaxşı İKT xidmətlərini təmin etmək məqsədilə təsis olunub saytın məqsədi istifadəçilərə keyfiyyətli xidmətlər göstərmək, onların rəy və təkliflərini nəzərə alaraq tələb olunan yenilikləri tətbiq etməkdir.

Reha-med.az Reha-Med Germany & Azerbaijan reabilitasiya mərkəzi  istifadəçilərə profilaktika, reabilitasiya və tibbi məşqlər sahəsində hərtərəfli terapiya təklif edir. Reabilitasiya və tibbi sağlamlaşdırıcı təlimlərə ehtiyacı olan lar saytda tibbi məlumatlar əldə edə bilərlər.

Senseitdesign.az Sense İT - Web və Qrafiki dizayn. Haqqında saytdır. Web design və Qrafiki dizayn HTML web site templates, CSS, PDP, jQuery Adobe Creative Suite, Corel Draw, Video design-la bağlı saytda məlumatlar verilib.

Limecatering.az Lime Catering - iaşə xidmətləri göstərən şirkətdir və 2006-cı ildən fəaliyyət göstərir. Saytda korporativ və fərdi müştərilərə banket və furşet xidmətləri də təklif olunur.

Furor-restaurant.com -"Furor Restaurant & Pub"-ın internet səhifəsidir. Saytda istənilən mövzuya aid tədbirlərin, iş yeməklərinin, əyləncələrin hər növ təşkili istifadəçilərin xidmətindədir.

Amk.az -Startap və gənc sahibkarlara minimal tələb və şərtlərlə kredit dəstəyi verən, müştərilərinin böyük əksəriyyətinin təkrar müştərilər və gənc sahibkarlar olan, qanun çərçivəsində operativ fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatıdır. Kredit şərtləri, xidmətlərlə saytda maraqlana bilərsiniz.

Shtutqart.az Ştutqart - avtomobil ehtiyat hissələrinin rəsmi internet səhifəsi. Saytda mağazalar haqqında informasiyalar və digər zəruri məlumatlar yerləşdirilib.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə