Sabah Park İnn otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin finalçıları elan olunacaq və ənənəvi Startap Azərbaycan milli konfransı keçiriləcək.
Xəbərlər-in məlumatına görə, müsabiqəyə qatılan 34 startap içərisindən ən yaxşılarının adları təqdimat mərasimində açıqlanacaq.
Qeyd edək ki, finalçılardan əlavə aşağıdakı nominasiyalar üzrə fərqlənənlər də elan olunacaq:
-“Ən motivasiyalı komanda”
- “GoMap mobil tətbiqləri”
-“E-gov mobil tətbiqləri”
Finalçılar və fərqlənənlər öz startapları ilə tədbir iştirakçıları qarşısında qısa müddətli təqdimatlarını edəcəklər.
Sabahkı tədbirlər çərçivəsində finalçılar və fərqlənənlərin investorlarla qapalı görüşü də keçiriləcək.
Onu da bilidirək ki, qaliblərə və fərqlənənlərə Startap Azərbaycan-nın, CyberNet və SİNAM şirkətlərinin, Elektron Hökumət Portalının, Yüksək Texnologiyalar Parkı və “Fabrika”- Kovorkinq Mərkəzinin qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq
Yekun tədbirlər çərçivəsində “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” milli konfrans da təşkil olunacaq.
Startap Azərbaycan yekun tədbirlər proqramının son versiyası da təsdiq olunub.
Yekun tədbirlərdə və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər - startap komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, investorlar və İT şirkətlər, mentorlar və ekspertlər iştirak edəcəklər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri