“Müraciət edən startap layihələri çox uğurludur”
“Startap Laboratoriyasında çalışmaq üçün bu günə qədər 140 layihə müraciət edib”.
Bu barədə Baku Bizness Factory -nin (BBF) direktoru Əlövsət Müslümov Xeberler.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, müraciət edən satartap layihələri arasında həm yerli bazarda, həm də qlobal bazarda fəaliyyət gösətrə biləcək çox uğurlu startaplar yer alıb:
“Laboratoriyamıza ünvalanan layihələrin əksəriyyəti yeniliklər, fərdi yanaşmalar təklif edir. Həmçinin bu layihələrin fəaliyyətində çox sadə həll yolları var. Ümumiyyətlə , müraciət edən layihələrdə gələcək fəaliyyətləri və inkişafları üçün xüsusi potensial görürük. Bəzi layihələr ölkədən kənarda da fəaliyyət göstərməyə hazırlaşır”.
Direktor qeyd edib ki, startap layihələri üçün Mərkəzi daha geniş dəstək proqramı hazırlayıb:
“Startap laboratoriyasında daha geniş dəstək proqramı nəzərdə tutulur. Buraya seçilən bütün startaplar Mərkəzin ofis ve texniki imkanlarından istifadə edə bilməklə yanaşı, təşkilatdan mentorluq xidməti, davamlı investisiya, təlimlərdə iştirak imkanı da əldə edəcəklər. Mərkəzimizdə öz layihəsini uğurla biznesə çevirən layihələrin dünya bazarına çıxmasına dəstək göstərəcəyik”.
Əlövsət Müslümov bildirib ki, Startap Laboratoriyası sentyabrdan fəaliyyətə başlayıb və bu gün də startapların müraciətlərini qəbul edir:
“Gənclər Mərkəzimizə çox böyük maraq göstərir. Açığını deyim ki, bizim gözlədiyimizdən də böyük maraq müşahidə edirik”.
O qeyd edib ki, BBF-in Kovorkinq mərkəzində hazırda 13 layihə üzrə 26 nəfər çalışır:
“Kovorkinq Mərkəzinə bu günə qədər 130 müraciət daxil olub. Onlardan 13 layihə Mərkəzdə fəaliyyət göstərmək hüququ əldə edib”.
Əlövsət Müslümov deyib ki, bütün layihələr Mərkəzin xidmətlərindən ödənişsiz istiafadə edə bilir:
“Hazırda da müraciətlər davam edir. Mərkəzimiz tərəfindən layihələr araşdırılır. Potensial görə bildiyimiz layihələri Kovorkinq-ə qəbul edirik. Uğurlu layihələrə həmişə dəstək olacağıq”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri