Previous Next
Bağla

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021 16:24
Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?
"Uzun müddətdir ki, ölkədə internetin keyfiyyəti və əlçatanlığı, eyni zamanda qiyməti ilə bağlı ciddi problem var. Regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən, istifadəçilərin “çəkidə aldadılması”, yəni müqavilədəki sürəti əldə edə bilməməsi adi hala çevrilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, hər istifadəçiyə düşən orta internet sürətinə görə də vəziyyət qənaətbəxş deyil:
 
"Ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da uğurlu nəticə hələlik yoxdur.
 
Hökumət yalnız bir dəfə, 2014-cü ildə kompleks şəkildə, bütün ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən 0.5 milyard manat nəzərdə tutulmuşdu.
 
Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadan qaldı. Sonradan, NRYTN keçmiş rəhbərliyi özəl provayderləri tam kənarlaşdırmaqla, yalnız dövlət provayderləri və büdcə vəsaitləri hesabına bu problemi həll etmək istəsə də real nəticə əldə olunmadı".
 
Bəs yeni rəhbərlik bu problemi hansı formada həll etmək istəyir?
 
Osman Gündüz bildirib ki, son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb. Onlar dövlətə məxsus kabel-kanal sistemindən istifadə edə bilirlər.
 
Görəsən özəl provayderlər əvvəllər olduğu kimi kommersiya baxımından cəlbedici olmayan ərazilərə getmək istəyəcəklərmi?
 
"Bildiyim qədər Nazirlik bütün ölkə böyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd – hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir. Bu məqsədlə xarici qurumlar da işə cəlb edilib.
Əsəs prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib.
 
Yəni, Bakı ətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə həll etmək nəzərdə tutulub.
 
Güman etmək olar ki, özəl provayderlərə yalnız kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də internet infrastrukturu qurmaq təklif olunacaq.
 
Görünən odur ki, Nazirlik problemi fiber-optik, GPON, LTE və Wi-Fi (mobil operatorların baza stansiyalarından istifadə etməklə), mobil internetin imkanlarından istiafdə etməklə birdəfləik həll etmək niyyətindədir.
 
Fikrimcə özəllərin potensialından istifadə edilməsi, müxtəlif ərazilərdə müxtəlif genişzolaqlı texnologiyaların tətbiqi doğru yanaşmadır. Bu addım xüsusilə də regionlarda Aztelekom-un hökmranlığına sona qoya biləcək.
 
Hazırda, Azərkosmos-un məhdud trafikini nəzərə almasaq, ölkəyə internet iki mərkəzdən daxil olur, yəni iki magistral provayderrimiz (Delta Telecom və AzerTelecom) var".
 
Ekspert qeyd edib ki, Strateji Yol Xəritəsində daha bir magistral provayderin açılması nəzərdə tutulurdu:
 
"Düşünmək olar ki, Nazirlik Aztelekom-u Holdinqin idarəetməsindən çıxarmaqla gələcəkdə bu qurumu gücləndirmək, magistral operatora çevirmək və pərakəndə internet satışı bazarından çıxarmağı nəzərdə tutub.
 
Eyni zamanda, düşünürəm ki, Nazirlik ucqar ərazilərdə, kəndlərdə magistral internet inftrastrukturun qurulması prosesinə magistral provayderləri də cəlb etməli, dayanıqlıq üçün alternativ infrastruktur yaradılmalıdır.
 
Fikrimcə, uzun illər oturuşmuş olan Aztelekom və Baktelekom- dövlət operatorlarının xüsusi çəkisi, üstün mövqeyi, eyni zamanda son zamanlar daha da aktivləşən daha bir dövlət provayderinin – Azercell dövlət şirkətinə məxsus Azeronline provayderinin yerlərdə aktivləşməsi sektorda dövlətin xüsusi çəkisini artrmaqla sərbəst və azad rəqabət üçün də ciddi problemlər yarada bilər.
 
Bu baxımdan hökumət tərəfindən sektorda müstəqil tənzimləyici qurumun tezliklə formalaşdırılmasının çox vacib olduğunu, keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin-cəzaların müəyyən edilməsinin vacibliyini , minimal internet sürəti bağlı meyarların zəruri olduğunu düşünürəm.
 
Firkimcə, Nazirliyin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında internet problemini birdəfəlik həll etmək niyyəti yalnız müstəqil tənzimləyici qurumun yaradılması ilə daha uğurlu nəticə verə bilər".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

Azərbaycanda internetlə bağlı problemlər və onların həlli yolları müzakirə olunub

07-10-2021

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə