Previous Next
Bağla

Aztelekom və Baktelekom özəlləşdirilirmi ?

14-06-2024 12:56
Aztelekom və Baktelekom özəlləşdirilirmi ?
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Toplantıda siyahısı öncədən təsdiqlənən bir çox nəhəng dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi, yəni özəlləşdirilməsi ilə bağlı tədbirlər ətrafında müzakirələr aparılıb.
Bu siyahıda Baktelecom və Aztelekom da var.

Toplantıda nazirlər Mikayıl Cabbarov və Rəşad Nəbiyevin siyahıdakı dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması ətrafında məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul edildiyi açıqlanıb.
Vəssalam, başqa məlumat verilməyib.

Görəsən hansı qərarlar olub?

Siyahısı Prezident tərəfindən təsdiqlənən dövlət qurumları tam, yaxud qismən özəlləşdiriləcək?
Bununla bağlı cəlb edilən beynəlxalq ekspertlərin rəyi necə olub ? Payların alınmasında xarici investorlar da iştirak edəcəkmi?

Təəssüf ki bu sualların cavabını toplantı haqqında açıqlamada tapmaq mümkün deyil .

Xatırladıram ki, son iki ildə Aztelekom və Baktelekom-un sağlamlaşdırılması, şəffaf və korporativ idarəetmənin tətbiqi istiqamətində ciddi addımlar atılıb.
Nazir Rəşad Nəbiyev AYİB tərəfindən ayrılan 85 milyonluq kreditdən imtina ilə bağlı çox riskli qərar qəbul edərək, daxili resurslar hesabına investisiya yatıraraq, qısa zamanda bütöv ölkə üzrə nəhəng bir fiber optik şəbəkə formalaşdırmaqla Aztelekomu gəlir gətirən, stabil və cəlbedici bir quruma çevirə bilib.
Aztelekom hazırda həm magistral provayder, həm ölkə daxili telekom operator və həm də pərakəndə internet satışı həyata keçirən provayder funksiyalarına sahibdir.

Nazir məhz bu Aztelekomun digər özəl provayderlərlə tərəfdaşlığı ilə 2024-cü ilin sonunda bütün ölkə üzrə internet problemini həll etməyə söz verib. 85% işlər də artır yekunlaşıb.

Xatırladıram ki, son iki ildə Aztelekom və Baktelekom de fakto birləşsə də, de yure onların birləşməsinə Antiinhisar imkan verməyib. İki inhisarçının bir qurum altında birləşməsinə imkan verilməməsi ilə bağlı Antiinhisarın qərarı , yumşaq desəm ağlabatan olmayıb.
Bildiyim qədər bununla bağlı məhkəmə çəkişməsi davam edirdi.

Beləliklə, Aztelekom və Baktelekom özəlləşdirilirmi?
Hökumət hələlik bu məlumatı gizli saxlamağa üstünlük verib.

Osman Gündüz
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bəzi dövlət müəssisələri özəlləşdiriləcək

Bəzi dövlət müəssisələri özəlləşdiriləcək

14-06-2024
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10-03-2026
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022
AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

10-08-2023
Rəqəmsallaşmayan dövlət xidmətləri ilə bağlı müvafiq tapşırıqlar verilib

Rəqəmsallaşmayan dövlət xidmətləri ilə bağlı müvafiq tapşırıqlar verilib

24-06-2025
"Aztelekom"un baş direktoruna I müavin təyin edilib

"Aztelekom"un baş direktoruna I müavin təyin edilib

21-12-2021
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025
Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024
"Baktelekom"un elektron ödəniş sistemlərində yaranan problem nədən qaynaqlanır?

"Baktelekom"un elektron ödəniş sistemlərində yaranan problem nədən qaynaqlanır?

08-04-2025
RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

24-08-2022
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Ekspert: İşıq dirəkləri ilə ölkədə  daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022
Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025
 Azeurotel-in özəlləşdirilməsi başa çatır.

Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008
Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024
Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023
Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012
Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

21-01-2015
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə