Previous Next
Bağla

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022 18:33
Ekspert: İşıq dirəkləri ilə ölkədə  daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər
"Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilkşi üçün elektrik dirəklərindən istifadəyə başlanıb".
 
Xeberler.az bildirir ki, bunu Azərbacan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, əgər dirəklər müasir və dayanıqlı olarsa, naqillər də keyfiyyətli və standarta cavab verərsə bu məsələdə ciddi uğur qazanmaq olar.
 
"Hazırda elə fiber optik kabellər var ki, onlar da daha keyfiyyətli və daha dayanıqlıdır. Amma, təbii ki, kənd və qəsəbələrdəki bəzi sıradan çıxmış və ömrünü tamamlamış dirəklər üzərindəki internetin dayanıqlığından danışmaq doğru olmaz.
 
Odur ki, hər iki infrastrukturda, elektrik enerjisi və internet texnologiyalarda müasif standartlar gözlənilərsə onda gözləmək olar ki, ölkə üzrə daha sürətli formada keyfiyyətli internet infrastrukturu qurula bilər".
 
Osman Gündüz qeyd edib ki, nazir Rəşad Nəbiyevin bütün ölkə üzə "2 ilə internet problemi həll olacaq" mesajından sonra ciddi addımlar atılır. Regionlarda və Bakı ətrafı kəndlərdə Aztelekom və Baktelecom-un çoxsaylı briqadaları çalışır.
 
"RİNN-nin bu prosesi sürətləndirmək üçün həyata keçirdiyi daha bir yenilik isə regionlarda GPON xətlərin yerin altı ilə deyil, yerin üztü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparmasından ibarətdir.
 
Ənənəvi yanaşmalardan fərqli olan bu üsul da, düşünürəm ki, fiberoptik xətlərin çəkiliş proseslərini xeyli sürətləndirəcək.
 
Xatırladıram ki, Nazirlik eyni zamanda mobil infrastrukturdan, mobil operatorların baza stansiyalarından da istifadə etməklə geniş zolaqlı internetə əlçatanlığı artıqmaq niyyətindədir və bu istiqamətdə LTE texnologiyası ilə internetə əlçatanlıq artırılır.
 
Eyni zamanda ucqar ərazilərə də mobil texnologiya ilə internet nəzərdə tutulub.
 
Qeyd edək ki, 7-8 il öncə ölkə üzrə bu işi reallaşdırmaq üçün "Hər evə optika" dövlət proqramı hazırlanmış və Neft Fondundan 0.5 milyard manat dövlət vəsaiti ayrılmış və 5 il vaxt nəzərdə tutulmuşdu.
 
Son anda hökumət müəyyən obyektiv və subyektiv səbəblərdən bu pulu ayırmaqdan imtina etmişdi.
 
Ekspert bildirib ki, yalnız Aztelekom və Baktelekom resurslarından deyil, "dövlət- özəl tərəfdaşlığı" çərçivəsində özəl operatorların da resurslarından da istifadə edilir. Özəl operatorlar dövlətə məxsus rabitə resurslarından istifadə edə bilirlər.
 
"Adı çəkilən qurumların da yenidən qurulması, regional idarəetməyə keçid, koporativ idarəetməyə hazırlıqa bağlı sürətli işlər aparılır. Prosesə xarici qurumlar da cəlb edilib.
 
Keyfiyyətli və dayanıqlı internet infrastrukturu məsələsində müsbət rol oynayacaq digər vacib məqamlar haqqında, qlobal peyk operatorlarının (Starlink, OneWeb) imkanlarından istifadə, dövlət səviyyəsində təsdiqlənən Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan istiqamətinə çəkiləcək TransXəzər fiberoptik magistralın nə zaman reallaşacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur.
 
Beləliklə, RİNN tərəfindın atılan addımlara əsasən ümid etmək olar ki , yaxın 2 ilə, 2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi nəhayət ki öz həllini tapacaq".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021
Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021
Azərbaycanda orta internet sürəti niyə zəifdir?

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025
Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021
Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025
"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022
Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022
Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

12-07-2023
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

17-08-2023
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021
“Onlayn Azərbaycan”dan nə xəbər var?

“Onlayn Azərbaycan”dan nə xəbər var?

17-07-2024
Ekspert yollarda olan internet problemindən danışıb

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019
Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022
Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018
Neçə məktəbin keyfiyyətli internetə əlçatanlığı var ?

Neçə məktəbin keyfiyyətli internetə əlçatanlığı var ?

29-12-2023
Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024
Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021
Ekspert: "Dövlət operatorları yardım etməmək üçün sanki dirəniblər"

Ekspert: "Dövlət operatorları yardım etməmək üçün sanki dirəniblər"

30-03-2020
Məktəblərin keyfiyyətli internet təminatında ciddi uğurlar qazanılıb- EKSPERT RƏYİ

Məktəblərin keyfiyyətli internet təminatında ciddi uğurlar qazanılıb- EKSPERT RƏYİ

28-11-2022
Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə