“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib

25-11-2014 / 10:18

“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib.

Xeberler.az bildirir ki, toplantıda müsabiqəyə təqdim olunan yazı və tvitlərin qiymətləndirilməsinin yekunları  müzakirə edilib.

Müsabiqəyə 22 yazı qəbul edilib və qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə 30 mikrobloqçu 3000 –dən çox tvit yazıb.

Müsabiqəyə təqdim edilən bir yazının Müsabiqə Qaydalarına cavab vermədiyi nəzərə alınıb. Müsabiqəyə qəbul edilən bütün yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Qiymətləndirmə prosesində 8 nəfər münsif iştirak edib. Məqalələr və tvitlər 10 ballıq sistemlə qiymətləndirilib.  Münsiflərin verdiyi ballar əsasında qaliblər və fərqlənənlər müəyyən olunub.

Təqdim edilən yazılar üzrə yekun ballar nəzərə alınmaqla bir 1-ci yer, iki 2-ci yer və üç 3-cü yer müəyyən olunub.

#ehokumet həştəqi üzrə tvitlər təqdim edənlər üçün də hər yer üzrə bir nəfər müəyyən olunub. #etehsil həştəqi üzrə tvitlər təqdim edənlər üçün yalnız bir qalib yer müəyyən olunub.

Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Qaliblərə və həvəsləndirici yer tutanlara Diplomlar və qiymətli hədiyyələr ( notbuk, planşet, smartfon və s)  təqdim olunacaq.

Tədbirdə həmçinin “Onlayn medianın inkişafına dəstək i”  Layihəsi  çərçivəsində keçirilən Təlimləri uğurla başa vuran jurnalistlərə  Sertifikatlar təqdim olunacaq.

2006-cı ildən  başlayaraq  hər il  keçirilən bu layihənin və  müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti və elektron hökumət quruculuğuna dəstək vermək, İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

“Onlayn Media 2014”  Müsabiqəsinin  yekunlarına  həsr olunan Təqdimat mərasimi
28 noyabr  2014-cü ildə, saat 14.00-da Four Seasons Hotelində keçiriləcək.

Müsabiqə haqqında,  yazıların mövzuları, qiymətləndirmə meyarları, münsiflərin tərkibi  ilə  bağlı daha geniş məlumatı buradan əldə etmək olar.

Layihə RYTN –in,  Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 012492 44 44.
www.telim.org
[email protected]  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə