Previous Next
Bağla

Onlayn orfoqrafiya lüğəti ilə bağlı yeni sayt istifadəyə verilib

31-03-2016 14:29
Onlayn orfoqrafiya lüğəti ilə bağlı yeni sayt istifadəyə verilib

Məlumat verdiyimiz kimi, “Altun Kitab”  nəşriyyatı  tərəfindən Azərbaycan dilinin lüğət ehtiyatına daxil olan bütün  sözlərin toplandığı yeni sayt yaradılırdı.

Saytda sözlərin düzgün yazılışı  ilə yanaşı, sözlər bir neçə formada yanlış yazanda belə sistem həmin sözü və ona oxşar olan sözləri çıxaracaq. Bundan əlavə, deyilişi və yazılışı fərqlənən bir çox sözlərin tələffüzünü dinləmək imkanı olacaq.

Nəşriyyatın direktoru, orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov bu istiqamətdə  hazırda görülən işlərlə bağlı Xeberler.az-a  ətraflı məlumat verib.

O bildirib ki, orfoqrafiya lüğətinin saytı - orfoqrafiya.az  artıq xidmətə başlayıb və vətəndaşlar  bu saytdan istifadə edə bilir:

“Onlayn orfoqrafiya  lüğətində Azərbaycan dili hissəsi artıq yekunlaşıb. Yəni, Azərbaycan dilindəki sözlərin sistemdə düzgün yazılışı və səsləndirilməsi artıq təmin edilib. İstifadəçilər bu xidmətdən heç bir problem ilə qarşılaşmadan istifadə edə bilir”.

Rafiq İsmayılov bildirib ki, hazırda ingilis və rus  dilllərində olan sözlərin sistemə daxil edilməsi üzərində işləyirlər.

Onun sözlərinə görə, saytda sözlərin izah bölməsində də hələ  işlər davam edir:

“Elə sözlər var ki, onun tələffüzü ilə başqa sözün yazılışı yaxındır və ya üst-üstə düşür. Məsələn, əsl-əsil, sürət-surət. Belə sözlər izahı ilə təqdim ediləcək. İstifadəçilər asanlıqla mürəkkəb sözlərin bitişik, yoxsa defislə, mürəkkəb adlarda sözlərin böyük, yoxsa kiçik hərflə yazıldığını müəyyənləşdirəcəklər. Sözlərin izahı ilə bağlı bazaya əlavələr edilir”.

Naşir qeyd edib ki, layihə ilə bağlı bütün işlər yaxın 2 ay ərzində yekunlaşacaq.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sözlərin düzgün yazılışı üçün “Təcili Yardım”

03-02-2016

İzahlı və terminoloji lüğətlər artıq telefonunuzda

12-08-2016

Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

13-01-2018

“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

07-03-2018

Azərbaycanda bu sözlərin də yazılışı dəyişir

16-01-2018

Dilmanc orfoqrafiya lüğəti ilə bağlı mübahisələrə münasibət bildirdi

24-11-2015

“İsmarış” ya “ismarıc”?

12-11-2014

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

Adapter və zaryadka Azərbaycan dilində necə yazılmalıdır?

26-10-2017

Smartfon istifadəçilərini sevindirəcək yenilik

29-11-2017

Dilçiliklə bağlı Qaynar xətt-ə daxil olan müraciətlərin sayı açıqlanıb

05-10-2016

Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

21-08-2015

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015

İnsan düşüncəsini oxuyan texnologiya

09-01-2016

Nə üçün lüğətlərin onlayn versiyaları yoxdur?

26-06-2015

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

Onlayn bilet satışında nə problem var?

22-12-2015

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016

Google insan səsi ilə danışıb

28-12-2017

Əyləncəli telefonlar satışa çıxarıldı

16-04-2015

Onlayn problemləriniz “Offline”-da müzakirə olunacaq

27-11-2015

İnstaqramda yeni funksiya yaradılıb

19-01-2022

Veb-spamlarla bağlı araşdırmalar aparılır

03-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə