Previous Next
Bağla

Osman Gündüz: "Bütün atəş nöqtələri məhv edilməlidir"

17-10-2020 19:18
Osman Gündüz: "Bütün atəş nöqtələri məhv edilməlidir"

"Ermənilərin insanlığa sığmayan növbəti Gəncə terrorunun qurbanlarına Allahdan rəhmət diləyirəm. Əgər ən dəhşətli silahlardan, ballistik raketlərdən dinc insanlara qarşı istifadə edilirsə, Ermənistanla yalnız bir dildə danışmaq yolu qalır".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, düşmənin niyyəti bəllidir:

"Ərazimizə raket zərbələri endirən bütün atəş nöqtələri, legitim hərbi hədəflər harada yerləşməsindən asılı olmayaraq məhv edilməlidir. Bu artıq müzakirə mövzusu olmamalıdır. Bu cür terrorçu hərəkərlətlərlə düşmənin niyyəti bəllidir.

Düşmən insanlıq əleyhinə bu h ərbi cinayəti törətməklə panika və təşviş yaratmaq, ordumuzun hücumlarını dayandırmaq, xalqda Orduya və Prezidentə inamsızlıq yaratmaq, xalq-ordu-Ali Baş Komandan birliyini sarsırtmaq məqsədi güdür. Düşünürəm ki, bizə ayrı seçim yolu qalmayıb. Bu vətən savaşı bizim üçün də son savaşdır.

Bu baxımdan düşmənə cavabımız daha sərt olmalı, xalq-ordu-hakimiyyət birliyi daha güclü olmalı, dövlətin və Ali Baş Komandanın yanında sonadək birlikdə getməliyik".

O deyib ki, hökumət dünya ölkələri, KTM üzv dövlətləri və BMT ilə aparılan işləri, Türkiyənin münaqişənin həllində rolunu daha da gücləndirmək üçün səyləri artırmalıdır:

"Vətəndaş cəmiyyəti və siyasi partiyaların, ictimai xadimlərin birgə fəaliyyəti və müraciətləri təmin olunmalıdır. Cəmiyyətin bütün imkanı olan təbəqəsi informasiya cəbhəsində aparılan savaşa kömək etməlidir.

Panika və ümidsizlik yaratmaq istəyənlərin, ordunun döyüş əzmini kölgə altına almaq istəyənlərin, apardığımız azadlıq savaşını dayandırmaq istəyənlərin, cəmiyyətin yumruq kimi birləşməsinə xələl gətirmək istəyənlərin cavabı dərhal verilməlidir.

Əminəm ki, qələbə bizimdir. Daha sıx birləşməklə, daha əzmlə və qətiyyətlə irəli! Qarabağ Azərbaycandır!, Azərbaycan Ordusuna eşq olsun!"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

14-10-2020

YTP-ın direktoru: “Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır”

29-09-2020

Ermənilərin zirehli texnikası məhv edilib

01-03-2017

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

26-06-2023

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür

26-06-2019

Azercell Bərdəlilərin yanındadır

28-10-2020

Düşmən tankları məhv edilib- Video

05-04-2016

İnformasiya müharibəsində ölkəmiz adına düzgün fəaliyyət aparılmalıdır

17-05-2019

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31-12-2021

Ekspert: Ermənistan rəsmiləri məğlubiyyətin səbəblərini axtarır

06-11-2020

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2016

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2017

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

26-06-2015

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019

Azərbaycanda Zəfər Günü qeyd edilir

08-11-2021

ETX-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

08-11-2025

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

08-10-2020

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

“Azərkosmos” vətəndaşlara müraciət edib

16-10-2020

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

Azərbaycanın informasiya müharibəsində qələbələri - Ekspertdən açıqlama

27-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə