Previous Next
Bağla

Osman Gündüz: Rabitə sektorunda müstəqil tənzimləyici qurumun yaradılması ləngiyir

30-07-2021 11:15
Osman Gündüz: Rabitə sektorunda müstəqil tənzimləyici qurumun yaradılması ləngiyir
Xeber verdiyimiz kimi, bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib.
 
Bir neçə il öncə də "AzEurotel"in təşkilati-hüquqi forması dəyişdirilərək Baktelecom tabeliyinə verilib. Əvvəllər Baktelecom tabeliyindəki çoxsaylı qurumlar da ləğv edilərək Baktelecom-a birlşdirilmişdi.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münsaibət bildirib:
 
"Hazırda bildiyim qədər nəhəng regional dövlət telekommunikasiya operatoru olan Aztelekom ilə Bakı şəhəri və ətraf ərazilər üzrə telekommunikasiya operatoru olan digər inhisarçı qurumun- Baktelecom-un birləşdirilməsinə hazırlıq görülür.
 
NRYTN bu qurumları ölkə üzrə vahid Aztelekom operatoru olaraq birləşdirməyi nəzərdə tutub. Bununla bağlı beynəlxalq məsləhətçi şirkət prosesə cəlb olunub.
 
Görünən odur ki, Nazirlik ətrafında olan, tabeliyində olan və olmayan qurumların təmərküzləşməsi prosesi gedir. Bu qurumların bir çoxu da inhisarçıdır və birləşmədən sonra, müəyyən müddət üçün daha böyük inhisarçı qurumlar formalaşacaq.
 
Belə görünür ki, Nazilrik adı çəkilən inhisarçı qurumların vəziyyətini daha da yaxşılaşdırmaq və bundan sonra özəlləşmə məsələsini gündəmə gətirmək istəyir. Əlbəttə, Nazirliyin sektorda vəzəyyəti yaxşılaşdırmaq, korporativ idarəetməni təkmilləşdirmək, özəlləşdirmədən öncə müəssisələrin start vəziyyətlərini yaxşılaşdırmaq istiqamətidəki addımları anlaşılandır.
 
Xatırlayıram ki, Prezident tərəfindən Nazirin təyinatında da sektordakı bu tip problemlərin tez bir zamanda həllinə diqqət yönəldilmişdi.
 
Amma düşünürəm ki, bu tip birləşmə və təmərküzləşmə addımlarından öncə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurumu yaratmaq daha doğru olardı. Bu istiqamətdə müəyyən rəsmi mesajlar olsa da, xeyli müddətdir ki bu sahədə işlər ləngiyir".
 
Ekspertin sözlərinə görə, 2020-ci ilin sonunda bu proses yekunlaşmalıydı.
 
"Yuxarıda qeyd olunan birləşmələr, struktur dəyişiklikləri, inhisarçıların birləşməsi, düşünürəm ki, müstəqil tənzimləyici qurum olmadan mövcud rəqabət mühitini daha da pisləşdirə bilər.
 
Bu baxımdan, fikrimcə hökumət sektorda müstəqil tənzimləyici qurumun- Milli Telekommunikasiya Qurumunun formalaşdırılmasını sürətləndriməli, telekommunikasiya sektorunda səlahiyyət bölgüsü konkretləşməlidir.
 
Telekommunikasiya sektorunda indiki zamanda kommersiya fəaliyyəti göstərməyən, müstəqil olan, inhisarçılara və özəl sektora bərabər şərait və normal tənzimləyici qaydalar yaratmalı olan dövlət qurumuna ciddi ehtiyac var".
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020
Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019
Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025
Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018
Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
 Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

16-01-2009
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022
Osman Gündüz: Kanalların HD formata keçidi nə üçün ləngidi?

Osman Gündüz: Kanalların HD formata keçidi nə üçün ləngidi?

29-01-2022
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
 İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016
Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018
 İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018
Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019
RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011
İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018
NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə