Previous Next
Bağla

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020 15:46
Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?
"Dövlət şirkətləri necə idarə olunacaq, özəlləşmə olacaqmı? Azercell, AzTelekom, Bactelekom, Azərpoçt özəlləşəcəkmi?
 
Nəhayət ki, Prezident səviyyəsində aşırı dövlət biznesi məsələsinə çılpaqlığı ilə münasibət bildirildi.
 
Bu problem köklü olaraq həllini tapsa ölkədə çox ciddi dəyişikliklər olacaq. Prezident səviyyəsində bildirildi ki, ən böyük inhisarçı dövlət qurumudur və ya dövlət şirkətidir.
 
Dövlət şirkətləri yetərincə dövlət resurslarından istifadə edir, kommersiya ilə məşğul olur, rəqabətin evini yıxır, amma yekunda bu dövlət şirkətinin gəliri, səmərəsi olmur. Dövlət qurumu əgər bizneslə məşğuldursa nə qədər güclü, nəhəng müstəqil biznes qurumu olmalısan ki, dövlətlə rəqabət apara biləsən. Praktiki olaraq bu, mümkünsüzdür.
 
İKT sektorunda da belədir. Məsələn, hansısa bir provayder nəhəng dövlət qurumları-MMC-lərlə, dövlətdən milyonlarla vəsait alan AzTelekom və Baktelecom-la necə rəqabət apara bilər. Bu tip nəhəng dövlət qurumları, dövlət şirkətləri büdcədən vəsait alıb investisiya yatırımı edirlər və kommersiya ilə məşğul olurlar və addım-addım daha üstün mövqe qazanırlar. Hələ üstəlik tənzimləmə səlahiyyətlərindən , təbii inhisarçılıq kimi üstünlüklərindən istifadə edərək bazardakı digər müstəqil qurumları da sıxışdırırlar.
 
Bəzən isə haqsız rəqabət mühiti yaradaraq qiymətləri enməyə qoymurlar. Qiymət endirəni isə , həm də tənzimləyici dövlət qurumu olduqlarından, özləri ilə hesablaşmağa məcbur edirlər. Yəni inhisarçılar əllərindəki mexanizmlərdən istifadə edərək az sayda olan özəl qurumlar üçün bəlli bir çətçivə cızırlar bə onlara yalnız bu radiusda fəaliyyətə imkan verirlər.
 
Dövlət başçısıı bildirib ki , dövlət şirkətlərinin idarəetməsinə yenidən baxılacaq. Artıq bu konsepsiyanın hazır olduğu və Prezidentə təqdim olunduğu bildirilir. Güman ki yaxın günlərdə NK bunu təsdiqləyəcək. Prezident bütün sahələrdə liberalaşma və özəlləşməyə ciddi üstünlük veriləcəyini, dövlət-özəl sektor münasibətlərinə yenidən baxılacağını qeyd edib. Özəlləşməyə xarici şirkətlər də dəvət olunacaq.
 
Xatırlayıram ki, İKT sektorunda özəlləşdirmə və müstəqil tənzimləyici qurumun yaradılması məsələləri Strateji Yol Xəritəsində də qeyd edilib.
 
Düşünürəm ki, Prezidentin bu günkü kəskin çıxışından sonra dövlətin biznesə aşırı inteqrasıyasının qarşısının alınması üçün sıylər artırılacaq, biznesmen-məmur, biznesmen-deputat məsələlərinə yenidən baxılacaq. Dövlət İnhisarçılığının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyinin Antiinhisar qurumunun səlahiyyətlərini və hüquqlarını genişləndirməyə, ümumiyyətlə bu qurumu kökündən yeniləməyə ehtiyac var.
 
Əgər Prezidentin dedikləri qısa zamanda reallaşsa onda bütün sahələrdə rəqabətli mühit formalaşacaq, xaricə üçün ölkəmizdən Kutaisiyə gedənlər AZALacaq, internetin keyfiyyəti yaxşılşacaq və qiymətlər enəcək, təbii inhisar subyektlərinin xidnmətlərində keyfiyyət, şəffaflıq artacaq və s.".
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018
Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019
İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Dövlət şirkətlərinin korporativ idarəetmə sisteminə keçidinin faydası olacaqmı?

Dövlət şirkətlərinin korporativ idarəetmə sisteminə keçidinin faydası olacaqmı?

08-08-2020
Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018
Hökumətin Antiinhisar qurumu varmı ?

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
Osman Gündüz: AZCON meqa holdinqi özünü doğruldacaqmı?

Osman Gündüz: AZCON meqa holdinqi özünü doğruldacaqmı?

09-01-2025
Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024
Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

21-01-2016
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə