Previous Next
Bağla

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020 10:10
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Kaspersky-nin məlumatına görə, 2020-ci ilin ilk altı ayında Azərbaycanda demək olar ki, ev istifadəçilərinin 41% -i və korporativ istifadəçilərin 30% -i lokal adlandırıla biləcək, yəni cihazlara birbaşa şəbəkədən yox, müxtəlif portativ daşıyıcılardan, məsələn USB fleşlər və ya yaddaş kartlarından düşən təhdidlərlə üzləşib. Bununla yanaşı, ev istifadəçilərinin 9% -i və korporativ istifadəçilərin 5% -i internetdə yoluxma riski ilə üzləşib.

Xeberler.az bildirir ki, 2019-cu ilin ilk yarısı ilə müqayisədə bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin payı iki dəfə artıb. Bu cür zərərli proqramlar kiber cinayətkarlara bank kartı və tətbiq məlumatlarını toplamağa imkan verir. Bəzən bu cür troyanların funskionallığına təsdiq kodları ilə SMS-ləri tutmaq imkanı da daxil edilir.

Statistik məlumatlara görə, Azərbaycanda mobil qurğulara zərərli və reklam proqramları tərəfindən hücumlar qonşu ölkələrə nisbətən daha tez-tez baş verib. İlin ilk altı ayında istifadəçilərin 3% -i bu növ hücumlara məruz qalıb.

İnternetdə istifadəçilərin rastlaşa biləcəyi ən geniş yayılmış təhdidlərdən biri də fişinq hücumlarıdır ki, təcavüzkarlar onlar vasitəsilə istifadəçilərin şəxsi və ödəniş
məlumatlarını ələ keçirməyə çalışırlar. Məsələn, yanvar-iyun aylarında Kaspersky həlləri Azərbaycanda fişinq səhifələrinə keçidə səbəb ola biləcək 236.000 cəhdin qarşısını alıb.

Bu, qismən bununla izah edilə bilər ki, fişerlər öz taktikalarını hazırkı xəbər gündəliyinə uyğunlaşdırırlar və koronavirus mövzusundan öz məqsədləri üçün istifadə edirlər.

"Bugün, həyatımızın getdikcə daha çox aspekti onlayna keçdikcə, rəqəmsal savadlılığın artırılması barədə düşünmək istifadəçilər üçün heç vaxt olmadığı kimi vacibdir" Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib.

“Təəssüf ki, təcavüzkarların yaxın gələcəkdə aktivliklərini azaltmaq ehtimalları azdır. Əksinə, pandemiya zamanı ortaya çıxan fürsətlərdən fəal şəkildə istifadə edirlər. Məsələn, mart ayında qeydə aldığımız ən aktual spam kampaniyalarından biri Ümumdünya Səhiyyə Təşkilatının göndərişlərinin təqlidi idi. Burada, təcavüzkarlar koronavirus haqqında etibarlı məlumat verməkdə mühüm rol oynayan bu quruluşun etibarlılığına güvəniblər."

Bununla əlaqədar, Kaspersky əsas təhlükəsizlik qaydalarını xatırladır:

• sosial şəbəkələrdə, poçtda və messencerlərdə şübhəli linklərə keçid etməyin;

• hər hansı bir mesaja - həm koronavirusun yayılması, həm ondan qorunma vasitələri, habelə son dərəcə səxavətli pul mükafatları haqqında təkliflərə şübhə ilə yanaşın;

• bütün hesablarınız üçün fərqli etibarlı şifrələrdən istifadə edin (müxtəlif ölçülü hərflər, simvol, nömrəl və xüsusi işarələrdən ibarət 12 simvollu şifrə);

• mobil cihazlar da daxil olmaqla, cihazlarınıza Kaspersky Internet Security kimi etibarlı bir təhlükəsizlik həlli quraşdırın. Biznes üçün də bir neçə əlavə tövsiyə mövcuddur:

• əməkdaşlar üçün kiber savadlılığı artıran təlimlər (məsələn, Kaspersky Automated
Security Awareness Platform -un köməyilə) keçin ki, rəqəmsal mühitdə təhlükəsiz davranış üçün praktiki bacarıqlar əldə edə bilsinlər;

• cihazın itirilməsi və məlumatların sızması halında, fayllarınızın əlavə qoruma üçün ehtiyat nüsxəsini yaradın və onu şifrələyin;

• proqramınızı müntəzəm olaraq yeniləyin: belə yeniləmələrdə, proqramı hazırlayanlar kiber cinayətkarlar tərəfindən istismar edilə biləcək zəiflikləri aradan qaldırırlar;

• hərtərəfli qorunma üçün asan idarəetmə və sınaqdan çıxmış təhlükəsizlik funksiyalarına malik bir həll, məsələn Kaspersky Endpoint Security -ni seçin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə