Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin NEXT STEP İnnovasiya Mərkəzi "Öz İdeyanı Gerçəkləşdir" layihə müsabiqəsinin təqdimatını keçirib.
Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, tədbir Dövlət Neft və Sənaye Universitetində baş tutub.
Qeyd edək ki, “Öz İdeyanı Gerçəkləşdir" layihə müsabiqəsi innovativ, biznes yönümlü layihələrin və ya ideyaların qəbulunu həyata keçirtmək üçün nəzərdə tutulub.
Tədbirdə Mərkəzin direktoru Kamran İmaməliyev gənclərə, universitet tələbələrinə müsabiqə barədə ətraflı məlumat verib. Tələbələrin bu istiqamətdə sualları cavablandırılıb.
Tədbirin keçirilməsinə ADNSU-nun rektoru professor Mustafa Babanlı, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov dəstək verir.
Müsabiqəni Qafqaz Universiteti TexnoParkı, BethClip və Ustam layihəsi də dəstəkləyir.
Next Step İnnovasiya Mərkəzi mayın 15-dən təsis edilib. Mərkəz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında fəaliyyətə başlayıb. Universitet tərkibində başlamaqda məqsədimiz elmi-tədqiqatla biznes dünyası arasında olan əlaqələri genişləndirmək, tələbələrin innovativ layihələrinə dəstək olmaq və onların dünya biznes arenasında iştirakını təmin etməkdən ibarətdir.
Next Step İnnovasiya Mərkəzi yeni ideyası olan, elmi-tədqiqatda nəaliyyət əldə edən, dünyaya öz töhvəsini vermək istəyən istənilən şəxsin layihəsini qəbul etməyə, dəstək verməyə və reallaşdırmağa daima yardım göstərmək üçün fəaliyyətə başlayıb.
Yaxın günlərdə Mərkəzin fəaliyyəti ilə bağlı Xeberler.az-da geniş reportaj yayımlanacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri