Beynəlxalq mühəndislər qrupu radiosiqnal üzrə yüksək temperaturlara qədər qızaraq özünü tamamilə məhv edə bilən “casus” elektronikası yaradıblar.
“Biz özünü bərpa edən materialların hazırlanması zamanı meydana çıxmış ideyalardan istifadə edərək həmin prosesi əksinə çevirdik”, – deyə Urbana şəhərində yerləşən İllinoys Universitetindən (ABŞ) Skot Uayt bildirib.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Casus” elektronikasının sirri onun elektrik cərəyanı və informasiyanın hərəkət etdiyi metal komponentlərinin istehsal edilmə üsuludur. Onlar üç qatdan – cərəyan keçirən maqnezium alt qatı, yumşaq polimer alt qat və xüsusi mum örtüyündən ibarətdir.
Həmin mum örtük isə mum və nitrat turşusunun mikroskopik köpüklərindən təşkil olunub. Bu cihaz qızdırıldıqda mum əriyir və turşu metalın səthinə düşərək onu tamamilə həll edir.
Cihazın özünü məhv etmə sürəti mum qatının qalınlığından və turşunun konsentrasiyasından asılıdır. Bu örtük elektron cihazı ən tez 20 saniyəyə, ən gec isə bir neçə dəqiqəyə məhv edə bilir.
Alimlər elektronikaya özünü məhv etmə rejiminin idarə olunması üçün radio dalğaları elektrik enerjisinə çevirən xüsusi radioqəbuledici və ona birləşdirilmiş, siqnal verildikdə qadjeti qızdıran induktiv spiral əlavə ediblər.
Qeyd edək ki, ABŞ ordusu uzun müddətdir ki, düşmən tərəfindən tutulan pilotsuz uçan aparatların müdafiəsi üçün özünü məhv etmə funksiyası olan elektronikanın yaradılması ilə maraqlanır. Buna görə də ekoloji cəhətdən bir çox üstünlüklərə malik yeni elektronika hərbçilərin diqqətini cəlb edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri