Previous Next
Bağla

Paylaşımları daha az bəyənilən istifadəçilər depressiyaya düşür

19-01-2017 14:44
Paylaşımları daha az bəyənilən istifadəçilər depressiyaya düşür

Kaspersky Lab şirkəti Like hərisliyinin depressiya və məyusluğa səbəb olduğunu açıqlayıb.

Kaspersky Lab şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur.

Xeberler.az şirkətə istinadən məlumat  verir ki, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar. Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az like topladıqda kədərlənirlər.

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır.

Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burda ilk sıranı təbii ki, reklam tutur (bu, respondetlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz faktorlar istifadəçinin yaxın ətrafından asılı olur. Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).

Sosial şəbəkələr üzrə aparılan öncəki araşdırmalar onu göstərir ki, insanların 78%-i həyatında ən azı 1 dəfə bu xidmətlərdən imtina etməyi düşünüb. Onları bu qərardan əsasən dostları ilə əlaqəni itirmək və şəxsi “rəqəmsal xatirələri”: postlar, fotolar, video-çarxlar və s. itirmək qorxusu saxlayır.

Hazırda Kaspersky Lab şirkəti bu problemi həll etmək üçün FFForget adlı tətbiq hazırlayır ki, bu tətbiq sayəsində insanlar sosial media hesablarını bağlamaq qərarını üçüncü tərəflərdən asılı olmadan sərbəst şəkildə verə biləcəklər.

“Sosial şəbəkələrlə münasibətimiz xoşagəlməz hal almağa başlayır. Biz bu cür saytları xoş xəbərlər almaq üçün istifadə edirik, eynilə də digərləri. Biz sevincdolu post və fotolarla əhatə olunuruq. Dostlarımızın bizdən daha xoşbəxt həyat sürdüyü qənaətinə gəlirik. Bu səbəbdən insanlar özlərini depressiv hiss edir və sosial şəbəkələri tərk etməyi düşünürlər. Lakin bu məqamda biz tələyə düşürük: bu platformalarda kifayət qədər dəyərli xatirələrimiz mövcud olur və biz onları itirməkdən qorxuruq”, - deyə Kaspersky Lab şirkətinin sosial media idarəetməsi üzrə rəhbəri Yevgeni Çereşnev bildirib.

FFForget şəxsi məlumatlarınızın ehtiyat kopiyasını yaradır, onları şifrələyir və buluda yükləyir. Siz doğmalarınız və dostlarınız üçün bu kontentə çıxış icazəsi verə bilərsiniz. Tətbiqin buraxılışı 2017-ci ildə planlaşdırılıb, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır.

Buradan proqram barədə daha ətraflı tanış olub, beta versiyasından istifadə edə bilərsiniz.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

03-02-2017
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Smartfondan asılılığın səbəbi nədir?

Smartfondan asılılığın səbəbi nədir?

03-08-2017
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
İstifadəçilərin həyatında smartfondan vacib heç nə yoxdur-Sorğu

İstifadəçilərin həyatında smartfondan vacib heç nə yoxdur-Sorğu

16-06-2016
Kaspersky Lab gənc mütəxəssislər axtarır

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə