Previous Next
Bağla

İstifadəçilərin həyatında smartfondan vacib heç nə yoxdur-Sorğu

16-06-2016 12:34
İstifadəçilərin həyatında smartfondan vacib heç nə yoxdur-Sorğu

Kaspersky Lab şirkətinin sifarişi ilə Vürtsburq və Notingem Trent universitetləri tərəfindən keçirilmiş eksperimentin iştirakçıları bildirib ki, smartfon onlara qohum və dostlar da daxil olaraq bir sıra insandan daha yaxın və dəyərlidir.

Xeberler.az-ın məlumatına görə, sorğu iştirakçılarının üçdə bir hissəsindən çoxu (37%) qeyd edib ki, telefon öz əhəmiyyətinə görə dostlarla eyni səviyyədə və ya daha yüksək pillədə yer alır.

İştirakçıların 29%-i öz smartfonlarına valideynlərinə verdikləri qədər, 21%-i isə yoldaşlarına verdikləri qədər əhəmiyyət göstərir. Təəccüblüdür ki, iştirakçıların təxminən 17%-i etiraf edib ki, smartfon onlara insanlardan daha yaxındır, 1%-i isə qeyd edib ki, onların həyatında telefondan vacib heç bir şey yoxdur.

Lakin bununla yanaşı, keçirilən eksperimentdə tədqiqatçılar aydınlaşdırıblar ki, telefona qarşı sevgi və bağlılıq hissi insanları onun təhlükəsizliyini təmin etməyə məcbur etmir. Sorğu iştirakçılarının 93%-i təşkılatçılara rahatlıqla telefonlarının PİN-kodunu təqdim edib və beləliklə, telefon yaddaşında olan bütün fərdi məlumatları risk altına atıblar.

Vürtsburq Universitetinin mediapsixoloqu Astrid Karolus (Astrid Carolus) tədqiqat nəticələrini şərh edərək bildirib:

 “Telefonlar həyatımızın ayrılmaz hissəsidir və həyata keçirilmiş eksperiment bunu bir daha təsdiqlədi. Smartfonlara qarşı dostyana münasibətimiz göstərir ki, biz həddən artıq cansız obyektə bağlanırıq və onun bizim üçün insanlardan daha əhəmiyyətli olduğuna inanırıq. Buna görə PİN-kodu asanlıqla əldə etdiyimizə xeyli təəccübləndik. Eksperimentin məğzi ondan ibarət idi ki, biz insanları gözləmə otağında gözləməyə xahiş etdik, bir müddət sonra isə onlara yaxınlaşdıq və boylarını və telefon PİN-kodlarını soruşduq. İnsanların əksəriyyəti bu məlumatı bizə düşünmədən təqdim etdi. Bu cür vəziyyət narahatlıq doğurur, belə ki, analoji davranış bizim öz rəqəmsal dostlarımızı təhlükəyə atmağa hazır olduğunu göstərir”.

Kaspersky Lab-ın  Rusiya Tədqiqat Mərkəzinin rəhbəri Yuri Namestnikov kibertəhlükəsizik baxımından eksperimenti belə qiymətləndirib:

“Ötən il biz “Rəqəmsal amneziya” adlı tədqiqat keçirdik. Tədqiqatımız onu göstərdi ki, biz cihazlarımızda saxlanılan məlumatı unutmağa meylliyik. Bu dəfə eksperiment telefonlara qarşı güclü emosional bağlılığımızı təsdiq etdi. Qeyd etmək lazımdır ki, söhbət məhz smartfonlardan gedir, çünki eksperimentin nəticəsinə əsasən, insanlar noutbuk və oxşar şəxsi məlumat bazasına malik digər cihazları özündən daha uzağa yerləşdirirlər. Olduqca simvolik nəticədir, belə ki, smartfonlar həqiqətən də bizim kompanyonumuzdur və daim əlimizin altındadır. Ola bilsin ki, məhz bu emosional əlaqə insanlara smartfonları müdafiə etməyə mane olur: onlar smartfonları özlərinin davamı kimi hiss edir və onların kibertəhlükələrə məruz qaldığını düşünmür”.

 Araşdırma ilə bağlı daha ətraflı məlumat burada.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018
Kaspersky robotlara kortəbii inamın nəticələrini araşdırdı

Kaspersky robotlara kortəbii inamın nəticələrini araşdırdı

18-10-2019
İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
iPhone tələbələrin təhsilinə mane olur

iPhone tələbələrin təhsilinə mane olur

13-07-2015
Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017
Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
 Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Paylaşımları daha az bəyənilən istifadəçilər depressiyaya düşür

Paylaşımları daha az bəyənilən istifadəçilər depressiyaya düşür

19-01-2017
Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018
Onlayn mühitdə hansı risklər var?-Araşdırma

Onlayn mühitdə hansı risklər var?-Araşdırma

06-02-2018
Kaspersky Lab Azərbaycan hüquq-mühafizə orqanlarına yardım edə bilər

Kaspersky Lab Azərbaycan hüquq-mühafizə orqanlarına yardım edə bilər

12-07-2016
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə