“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022 / 16:14

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə və pilotsuz uçuş aparatlarına marağın artırılması, o cümlədən uçuş üzrə fundamental bilik və bacarıqları formalaşdırmaq məqsədi daşıyır.

Xeberler.az məlumat verir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli
texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Festivalın ən maraqlı müsabiqələrindən biri də ali məktəb tələbələri üçün nəzərdə tutulmuş PUA yarışıdır.

Sözügedən müsabiqədə tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan verəcək.

Müsabiqənin şərtlərinə əsasən, qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirə bilərlər.

Komandalar pilotsuz uçuş aparatlarının missiyasını təyin etməkdə tam sərbəstdir. Həmçinin müsabiqə zamanı komandalar dizayn etdikləri PUA modellərini geniş auditoriyaya nümayiş etdirə biləcəklər.

Qeyd edək ki, beynəlxalq tədbir olan PUA müsabiqəsində azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli gənclər də iştirak edəcəklər.

Müsabiqənin Mükafat Fondu I yer üçün 4000 ABŞ dolları, II yer üçün 2000 ABŞ dolları, III yer üçün 1000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid:  https://teknofest.az/az/competitions/


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.