Previous Next
Bağla

Pirallahı YTP-nın qonşuluğunda daha bir park yaradılır

15-09-2016 16:29
Pirallahı YTP-nın qonşuluğunda daha bir park yaradılır

Məlumat verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılır.

Bu məsələ ictimiyyətdə birmənalı qarşılanmayıb və bəzi suallar meydana çıxıb.

Xatırladaq ki, hələ bundan bir neçə il əvvəl,  5 noyabr 2012-ci il tarixdə Prezident İlham Əliyev Pirallahı adasında Yüksək Texnologiyalar Parkı (YTP) yaradılması haqda sərəncam imzalayıb.

Qeyd edilib ki, fərman ölkənin neft iqtisadiyyatını biliklərə əsaslanan iqtisadiyyata çevirmək məqsədilə “Azərbaycan 2020: Gələcəyə Baxış” çərçivəsində imzalanıb. İKT üçün davamlı inkişaf və rəqabətli mühitin yaradılması məqsədi daşıyan Yüksək Texnologiyalar Parkı Gələcəyə Baxış Konsepsiyasının təməl layihələrindəndir.

YTP tamamilə Azərbaycan Hökumətinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur. Yüksək Texnologiyalar Parkının istifadəsi üçün Pirallahı Adasında 50 hektar ərazi ayrılıb.

Pirallahıda tikilən texnoparkla bağlı saytımızda mütəmadi məqalələr yayımlamışıq.

Qeyd edilir ki, 2015-ci ilin əvvəlində Pirallahı Adasında YTP-nın ilkin tikintisi işlərinə başlanılıb və hazırda üç əsas istiqamətlər üzrə işlər aparılır.

Ərazidə tikinti işlərinin yekunlaşması və Pirallahı Texno Parkın tam istifadəyə verilməsi 5 ilə planlaşdırılır.

 Ötən il hətta Xeberler.az olaraq YTP üçün ayrılan ərazidə də olduq.

 Bu istiqamətdə görülən işlərlə də tanış olduq.

Müşahidəmiz göstərdi ki, bu üç il ərzində yalnız Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılıb, ərazidə layihəyə uyğun az  həcmdə inşaat işləri aparılıb.

Sonuncu məlumata görə isə Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası tamamlanmışdı. Qeyd edilirdi ki, yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır.

 Amma bu istiqamətdə hələ də hər hansı fəaliyyət nəzər çarpmır.

Bu məqamda Prezidentin Pirallahıda yeni sənaye parkı yaradılması haqda sərəncamı birmənalı olaraq hər kəsin fikrini ərazidə tikilən YTP-a yönləndirdi.

Dünəndən sosial şəbəkə də bu məsələ müzakirə olunur ki, hələ bu illər ərzində Pirallahı YTP-ın tikintisi ilə bağlı hər hansı əsaslı bir fəaliyyət olmayıb, yəni, belə desək, görünür həmin layihənin icrası müəyyən səbəblərdən ləngiyib.

Çünki ekspertlər də qeyd edir ki, fərman verilən 3 il ərzində ərzində artıq nəzərə çarpan iş görmək olardı.

Prezidentin dünən imzalanan sərəncamından sonra sosial mediada hətta ele hesab edənlər var ki, Pirallahı YTP-ın icrası dayandırılıb və bu səlahiyyətlər digər quruma verilib.

Məsələni dəqiqləşdirmək üçün Yüksək Texnologiyalar Parkı ilə əlaq saxladıq.

Qurumun mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, yeni yaradılan Pirallahı Sənaye Parkının həmin ərazidə tikilən Yüksək Texnologiyalar Parkı ilə əlaqəsi yoxdur.

Məlumatda qeyd edilib ki, bunlar ayrı-ayrı layihələrdir:

“Yeni yaradılan Sənaye Parkı ilə əlaqəli işlər Sumqayıt Kimya Sənayə Parkına həvalə edilib. Yəni, Pirallahıda yardılan texnoparka aidiyyatı yoxdur. Sərəncamda da qeyd edildiyi kimi, bunun üçün ayrıca büdcə və ərazi ayrılıb”.

YTP-ın məlumatında deyilir ki, hazırda ərazidə texnoparkın tikintisi davam edir.

Ümid edirk ki, eyni bir ərazidə digər bir texnoparkın yaradılması ilə bağlı Prezidentin yeni sərəncamı 2012-ci ildən yaradılmasına başlanan Yüksək Texnologiyalar Parkının da inşasını sürətləndirəcək. 
 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015

Nazir müavini: “Pirallahıda YTP-ın tikintisi davam edir”

07-06-2016

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015

Pirallahı YT Parkın inşasına başlanılıb - Reportaj

07-07-2015

Pirallahı Yüksək Texnologiyalar Parkında 3 minə yaxın işçi çalışacaq

13-07-2015

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016

Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

12-05-2017

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26-11-2024

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

YTP-də yeni təyinatlar olub

15-01-2020

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

Azərbaycanda regional texnopark yaradılacaq

03-11-2016

Hərbi təyinatlı dron sınaqdan keçirilib

21-09-2019

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

09-12-2023

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

Yüksək Texnologiyalar Parkı ləğv edilir?-Foto

25-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə