Məlumat verdiyimiz kimi, 2012-ci il noyabrın 5-də Prezident İlham Əliyev Yüksək Texnologiyalar Parkının(YTP) yaradılması haqqında Fərman imzalayıb.
Fərman ölkənin neft iqtisadiyyatını biliklərə əsaslanan iqtisadiyyata çevirmək məqsədilə “Azərbaycan 2020: Gələcəyə Baxış” çərçivəsində imzalanıb. İKT üçün davamlı inkişaf və rəqabətli mühitin yaradılması məqsədi daşıyan Yüksək Texnologiyalar Parkı Gələcəyə Baxış Konsepsiyasının təməl layihələrindəndir.
YTP tamamilə Azərbaycan Hökumətinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.
Yüksək Texnologiyalar Parkının istifadəsi üçün Pirallahı Adasında 50 hektar ərazi ayrılıb.
Qeyd edilmişdi ki, Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb.
Lakin son vaxtlar bu istiqamətdə də durğunluq müşahidə edilirdi. Bu sahədə görülən işlərlə bağlı rəsmi açıqlamlar verilmirdi.
Xeberler.az Pirallahı YTP –da görülən işlərlə bağlı yeni məlumatlar əldə edib.
“Pirallahıda da YTP-ın qurulması istiqamətində işlər davam edir. Nazilikdə də bununla bağlı müzakirələr olur. İndi layihəyə daha fərqli yanaşma yolu ilə baxılır”.
Bunu Xeberler.az-a açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.
Nazirlik rəsmisi deyib ki, layihə ilə bağlı bir neçə variantlar müzakirə edilir.
Onun sözlərinə görə, layihə maliyyə və kadr potensialına uyğun formada davam etdirilir:
“Məlum olduğu kimi, şəhərin mərkəzində əsas bina olacaq. İstehsal mərkəzlərinin də burada yaradılması nəzərdə tutulur. Yəni, bu istiqamətdə bir neçə variantlar var və nazirlə bu mövzuda müzakirələrimiz olur. Hazırda layihə üzərində is gedir. Layihə əsaslandırılmış formada həyata keçirilir. Maliyyə əsasları, kadrlar, istehsal prosesi və digər məsələlər ilə bağlı bölüşdürmə aparılır. Əsas diqqət isə kadrların hazırlığına verilib ki, harada bu kadrlardan geniş istifadə oluna və səmərəli ola bilər. Həmçinin məsələnin investisiyaları daha tez geri qaytarmaq tərəfinə də diqqət edilir”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri