Məlum olduğu kimi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişiklikləri davam edir.
Nəqliyyat Nazirliyinin də bu qruma birləşdirilməsi yeni strukturun formalaşmasında işləri xeyili artırıb.
Belə ki, Xeberler.az olaraq Nazirlik daxilində olan yeniliklər barədə zaman-zaman ictimaiyyətə məlumatlar təqdim edirik.
Əldə etdiyimiz məlumata görə, Nazirliyin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının fəaliyyətində ciddi problemlər var.
Əslində, son dövrlər YTP-nın işlərindəki durğunluq bu istiqamətdə iddiaları daha da artırıb.
İKT sektorundan verilən məlumatda qurumun fəaliyyətindəki problemlərin artıq işçilərə də təsir etdiyi, işçilərin 5 aydan çox maaş ala bilmədikləri vurğulanıb.
Məlumata görə, əksər işçilər bu səbəbdən YTP-ı tərk ediblər. Qeyd edilir ki, hətta YTP-ın layihələri də dayandırılıb.
Xeberer.az olaraq məsələni araşdırmaq qərarına gəldik.
İlk olaraq bu suallarla Yüksək Texnologiyalar Parkına müraciət etdik.
Qurumdan məlumatları təkzib edib, qeyd etdilər ki, hazırda hər şey qaydasındadır, maaşlarını da alıblar.
Biz isə məlumatların doğruluğunu yoxlamaq üçün YTP-ın yerləşdiyi binaya baş çəkdik. Qeyd edək ki, YTP hazırda AF Business House-un 3-cü mərtəbəsində yerləşir.
Qapıdan daxil olanda gördüyümüz mənzərə bizi də təəcübləndirdi.
Əvvəlki YTP-dan əsər-əlamət qalmayıb desək, tam yerinə düşür. Belə ki, artıq YTP deyəndə ağıla yalnız bir, iki otaq gəlir. Çünki YTP-ın digər hissəsi ayrılıb, böyük sahədən yalnız 2 otaq YTP-a ayrılıb. Qalan otaqlarla YTP arasında böyük bir divar çəkilib.
Elə orada öyrənirik ki, artıq həmin sahə YTP-a məxsus deyil. Bu quruma məxsus olan yalnız startapların işləməsi üçün ayrılan otaqdır. Layihə rəhbərləri yalnız bu otaqda çalışa və imkanlarından istifadə edə bilir.
Digər, YTP-a aid olmayan otaqlarda isə söküntü işləri davam edir.
İşçilərin aylarla maaş almadığı və YTP-ın fəaliyyətində durğunluq olduğunu orada təsdiqləyirlər. Ətrafdakı insanların dediyinə görə, YTP-ın ayrılan hissəsi quruma məxsus olmadığı üçün icarəyə verilə bilər.
Bir müddət əvvəl qeyd etmişdik ki, YTP yerləşdiyi məkanın aylıq və digər bu kimi maliyyə xərclərini ödəyə bilmədiyi üçün başqa bir məkana köçməyi planlaşdırır.
Ola bilər ki, bu həmin köçürülmədir və yaxud da Yüksək Texnologiyalar Parkı ləğv edilir.
Ümumiyyətlə, son zamanlarda bu qurumun hətta ləğv ediləcəyi ilə bağlı iddialar da gündəmdə yer alıb. Belə ki, bəzi ekspertlər qurumun uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq qarşıya qoyulan vəzifələrin böyük əksəriyyətinin həyata keçirə bilmədiyi qənaətindədir.
Ekspertlərin sözlərinə görə, innovativ istehsala yönəlik klassik, çoxsaylı fəaliyyəti qarşıya məqsəd qoyan texnoparklar əslində innovasiyaların hərəkətverici qüvvəsi olaraq əhəmiyyətini itirib.
Hələlik Nazirlik məsələ ilə bağlı heç bir açıqlama verməyib. Hər halda Nazirliyin bununla bağlı ətraflı açıqlaması bütün suallara cavab tapa bilər.
YTP-ın yerləşdiyi məkanın hazırki vəziyyəti:
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri