“Proqram mühəndisliyi ilə bağlı Azərbaycan dilində kitablara ehtiyac var”

17-01-2017 / 11:35

AMEA İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi (PM) sahəsində mövcud olan standartların müzakirəsinə həsr olunan növbəti elmi seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  bildirib ki, bu gün ən vacib məsələlərdən biri PM-in inkişafı üçün məhsuldar mühitin yaradılması, İT mütəxəssislərinin bu sahəyə olan marağının artırılması, PM üzrə təcrübə və bilik mübadiləsinin aparılmasıdır:

“Ölkəmizdə bu sahədə zəruri biliklərin tədrisi ilə yanaşı, bu sahədə mövcud olan standartların tədrisi, Azərbaycan dilində kitabların, dərsliklərin və digər nəşrlərin hazırlanmasına da böyük ehtiyac var”.

Ölkədə PM sahəsi üzrə müasir standartların qəbul edilməsinin vacib məsələlərdən olduğunu qeyd edən alim bu məqsədlə standartların hazırlanması, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan qurumun yaradılmasının önəmini vurğulayıb.

Qeyd edilib ki, PM-də proqram təminatı problemlərini rentabelli həll etmək üçün informatika və riyaziyyatın metodları tətbiq edilir.

PM üzrə ilk standart 1979-cu ildə tətbiq edilib. Proqram təminatının işlənilmə prosesləri haqqında vahid məlumat verə biləcək beynəlxalq standartın hazırlanması istiqamətində aparılan işlərin nəticəsi olaraq 1995-ci ildə bu sahə üzrə ilk “ISO/IEC 12207 –  Software Lifecycle Processes” standartının hazırlanıb.

 Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə