Previous Next
Bağla

Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

24-10-2016 14:33
Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin 2 və 8 saylı şöbələr, o cümlədən Tədris-İnnovasiya Mərkəzi ilə birgə elmi seminarı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə fizika-riyaziyyat üzrə fəlsəfə doktoruTofiq Kazımov seminarın “Proqram mühəndisliyinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunduğunu bildirib, bu sahədə aparılan araşdırmalar barədə məlumat verib.

Məruzəni təqdim edən institutun böyük elm işçisi Tamilla Bayramova bildirib ki, proqram mühəndisliyinin əsas məqsədi proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Onun sözlərinə görə, burada proqram təminatının texniki məsələləri ilə yanaşı, proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. işlər həyata keçirilir.

“Proqram mühəndisliyi proqram təminatının layihələndirilməsi, işlənilməsi, istismarı, müşayiət edilməsi, istismardan çıxarılması proseslərinə sistemləşdirilmiş yanaşmadır, bu proseslər və yaradılan proqram təminatı müəyyən olunmuş texniki, iqtisadi, sosial və hüquqi tələblərə cavab verməlidir”, – deyə bildirərək ISO 9126 standartında proqram təminatının keyfiyyət modelini təqdim edib.  

Keyfiyyətli proqram təminatının işlənilməsi üçün peşəkar proqramçılara olan tələbatın artdığını söyləyən T.Bayramova Avropa komissiyası tərəfindən İT mütəxəssislərin hazırlanması üçün çoxsaylı proqramların həyata keçirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə Avropada İT sektorunda vakant vəzifələrin sayının 825 min təşkil etməsi proqnozlaşdırılır.

Bu sahədə Rusiya təcrübəsindən danışan T.Bayramova burada son iki il ərzində İT ixtisaslara dövlət sifarişinin təxminən 70 faiz artdığını bildirib. Qeyd edib ki, Rusiyanın Müdafiə Nazirliyi tərəfindən ölkədə proqramçı kadrlar hazırlayan ali məktəblərdən tələbələr seçilərək ölkənin müdafiəsini təmin edəcək milli aparat-proqram kompleksinin işlənilməsinə başlanılıb.

Hazırda dünyada ən müasir tələblərə cavab verən yeni proqramlaşdırma dillərindən istifadə olunduğunu vurğulayan məruzəçi proqramlaşdırma dillərinin reytinqini təyin etmək üçün TIOBE (The Importance Of Being Earnest) indeksinin tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, reytinqlər aparıcı axtarış sistemlərində proqramlaşdırma dilinə olan sorğuların sayı əsasında hesablanır.

Ölkəmizdə tam informasiya suverenliyinin əldə olunması üçün kompleks proqramların hazırlanmasının vacib məsələlərdən olduğunu qeyd edən məruzəçi bu sahədə qəbul olunmuş dövlət proqramlarının zəruriliyini önə çəkib.

O, həmçinin Azərbaycanda proqram mühəndisliyi ilə məşğul olan şirkətlər barədə məlumat verib, bu sahədə rast gəlinən problemlərdən danışıb. Qeyd edib ki, proqram mühəndisliyi ilə bağlı tədrisin yüksək səviyyədə təşkili məqsədilə tələbələrə bu sahədə biliklər aşılamaq üçün real proqram layihələri ilə işləyən təşkilatlarla sıx əlaqələrin yaradılması, tədrisə böyük iş təcrübəsinə malik mütəxəssislərin cəlb olunması, tədris planının təkmilləşdirilməsi və tədris proqramına bu gün üçün aktual olan yeni fənlərin əlavə edilməsi zəruridir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Universitetlərdə proqram mühəndisliyi fənni tədris edilə bilər

Universitetlərdə proqram mühəndisliyi fənni tədris edilə bilər

29-09-2015
Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
DİM  İT mütəxəssis axtarır-Tələblər

DİM İT mütəxəssis axtarır-Tələblər

11-05-2017
Təhsil sistemində proqram təminatı necə qurulub?

Təhsil sistemində proqram təminatı necə qurulub?

02-05-2017
Proqram mühəndisliyi və Data Science

Proqram mühəndisliyi və Data Science

19-05-2017
İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

12-05-2017
“Proqram mühəndisliyi ilə bağlı Azərbaycan dilində kitablara ehtiyac var”

“Proqram mühəndisliyi ilə bağlı Azərbaycan dilində kitablara ehtiyac var”

17-01-2017
AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
Naxçıvanda Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq

Naxçıvanda Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq

06-02-2024
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011
Proqram məhsullarının istehsalında nələrə diqqət etməli?

Proqram məhsullarının istehsalında nələrə diqqət etməli?

27-04-2017
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

12-05-2022
“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb

“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb

10-03-2026
Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Rəqəmsal irs problemləri araşdırılır

Rəqəmsal irs problemləri araşdırılır

02-03-2017
E-təhsil mühitinin inkişafı müzakirə edilib

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə