“Anonimus” Azərbaycandan nə oğurlayıb?

06-09-2013 / 11:08
Texniki təhlükəsizlik sahəsində ixtisaslaşan SC Magazine jurnalı “Azərenerji” Dövlət Energetika Şirkətinin saytının sındırıldığını təsdiqləyib. SC Magazine  bildirir ki, oğurlanmış informasiya 7hb təşkil edib. Bura maliyyə təfərrüatları, dəniz kommunikasiyaları, müqavilələr, elmi-araşdırma sənədləri, fotolar, elanlar və qanunsuz fəaliyyət sxemləri daxil olub. Bütün bunlar sentyabrın 3-də cyberguerilla.org anonim  forumunda yerləşdirilib. Bütün paket 13 hissəyə bölünərək AnonFiles.com veb-saytının anonim fayl-hostinqində yerləşdirilib. Lakin cümə axşamı sözügedən resurslara daxil olmaq mümkün olmayıb. 
“Biz Əliyevin siyasətindən razı deyilik. Odur ki, bu reliz Azərbaycanın mafioz klanı ilə mübarizə üçün növbəti addımdır”, - qru öz məlumatında yazıb: http://www.scmagazine.com/anonymous-leaks-information-on-leading-azerbaijan-energy-company/article/310212/#
Bu, “Anonimus”un Azərbaycanın dövlət saytlarına üçüncü hücumudur. Yanvarda qrup Xüsusi Dövlət Mühafizə Xidmətinin dmx.gov.az saytını sındırıb, halbuki, sonuncu bunu təkzib edib.
Apreldə “Anonimus” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarını sızdırıb. Hakerlər qrupu bildirib ki, terrorçu qruplaşmaların maliyyələşdirilməsi ilə bağlı müxtəlif korporasiyalar və dövlət orqanları arasında əlaqə var.
“Anonimus” 2003-cü ildə bir qrup haker tərəfindən yaradılıb. Bəzi analitiklər “Anonimus”u İntermet azadlığı uğrunda mübariz kimi bəziləri isə anarxik kiber-partizan kimi qiymətləndirir.  Məlumatla bağlı Turan-a açıqlama  verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bu ilin əvvəllərində Azərbaycan dövlət saytlarına haker hucumlarını  xatırladıb. Onun sözlərinə görə, hücumlardan sonra prezident İlham Əliyev in fərmanı ilə 2012-ci il sentyabrın 26-da  Xüsusi  Dövlət Muhafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.
“Hazırda bu cür faktlar təkrarlanırsa, deməli, dövlət qurumlarının informasiya təhlükəsizliyi  yenə də yetərincə qorunmur”, - O.Gündüz  bildirib.
Ekspert qeyd edib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının İnternet saytlarının standartlarını müəyyən edib.
“Əgər “Azərenerji”  ASC  bu standartları yerinə yetirməyibsə günah onun özündədir. Yox, əgər  “Azərenerji”  ASC yerinə yetiribsə bu standartları, deməli,  bu agentlik yetərincə  təhlükəsizlik tədbirirləri görülməyib”, - bildirib.
Öz növbəsində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi dövlət Agentliyi yayılmış məlumatla bağlı  bilgisiz olduğunu və suala  bir neçə saat ərzində  cavab veriləcəyini  deyib.
“Azərenerji" ASC-dən Turan-a verilən məlumata görə, hazırda qurumun saytının fəaliyyətində heç bir problem olmadığını qeyd edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidməti də onlara bu hücumla bağlı məlumat daxil olmadığını bildirərək,   hər bir İnternet saytını yaradan şirkətin onun təhlükəsizliyini də təmin etməli olduğunu  önə çəkib. (contact.az)

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.