Previous Next
Bağla

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu

20-11-2015 16:28
Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları”  məlum oldu

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı müsabiqə keçirilib.

Xeberler.az bildirir ki, müsabiqədə RYTN Məlumat Hesablama Mərkəzinin 2, Aztelekom MMC-nin 2, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin 1, AZ-EVROTEL MMC-nin  1 əməkdaşı  ən peşəkar "şəbəkə inzibatçısı" və "proqramçı" adını qazanmaq üçün öz bilik və bacarıqlarını sınayıblar.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yarışın gedişatını izləyib və iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində çıxış edən RYTN-in İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabət mühitinin yaradılması ümumi işlərə müsbət təsir göstərir.  Tədbirdə qeyd edilib ki, yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini nümayiş etdirirlər. Belə ki, hər bir iştirakçı ona verilən 30 sualı yarım saat ərzində yazılı şəkildə cavablandırmalıdır.

İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirmələr aparılacaq.

Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara "rabitə ustası" fəxri adı və pul mükafatı verilir. II və III yerin sahiblərinə isə pul mükafatı və diplomlar təqdim edilir.

Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də test suallarının hazırlanmasında və praktik tapşırıqların seçimində  iştirak ediblər.

Yarışlar rəhbərliyin və münsiflər heyətinin nəzarəti ilə şəffaf şəkildə keçirilib. Yekunda  münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdirilib. Sonda qaliblər elan olunub və nazir müavini Elmir Vəlizadə qalibləri təbrik edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq

17-11-2015

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017

Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

15-09-2010

Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

22-07-2016

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019

NETTY 2016-nın qalibləri açıqlandı

20-05-2016

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

Bakı Telefon Rabitəsi-nin əməkdaşları təltif ediliblər

14-12-2019

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019

NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019

Bakıda Startup Günləri başlayıb

08-11-2013

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

Nazirlik mobil tətbiq müsabiqəsinin qaliblərini açıqlayacaq

28-11-2017

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə