“Rabitə xidmətləri haqqında” 4-rabitə №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 6 may tarixli 44/09 nömrəli qərarında dəyişiklik edilib.
Xeberler.az həmin qərarı təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
qərara alır:
1. “Rabitə xidmətləri haqqında” 4-rabitə №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 6 may tarixli 44/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş “Rabitə xidmətləri haqqında” 4-rabitə №-li rüblük rəsmi statistika hesabatı formasının:
1.1.1. “I bölmə. Rabitə xidmətlərinin dəyər ifadəsində həcmi” cədvəli üzrə:
1.1.1.1. 75-ci sətirdə “ADSL və HDSL” sözləri “xDSL internet” sözləri ilə əvəz edilsin;
1.1.1.2. 76-cı sətirdə “GPON” abreviaturası “FTTx internet” sözləri ilə əvəz edilsin; 1.1.1.3. aşağıdakı məzmunda 77-1-ci və 77-2-ci sətirlər əlavə edilsin: 77-1 simsiz internet xidmətlərindən 77-2 peyk internet xidmətlərindən
1.1.1.4. 78-ci sətrin B sütunu “digər internet xidmətlərindən (DOCSIS və s.)” redaksiyasında verilsin;
1.1.2. “II bölmə. Rabitə xidmətlərinin natura ifadəsində həcmi” cədvəli üzrə: 1.1.2.1. 87-ci, 91-ci və 140-cı sətirlərdə “ADSL və HDSL” sözləri “xDSL” abreviaturası ilə əvəz edilsin;
1.1.2.2. 88-ci, 92-ci və 141-ci sətirlərdə “GPON” abreviaturası “FTTx” abreviaturası ilə əvəz edilsin;
1.1.2.3. aşağıdakı məzmunda 126-1-ci və 132-1-ci sətirlər əlavə edilsin:
126-1 5G mobil şəbəkəsi üzrə aktiv genişzolaqlı abunəçi qoşulmaları -//-
132-1 5G mobil şəbəkəsi ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin sayının ölkə əhalisinin ümumi sayında xüsusi çəkisi -//- x
1.1.2.4. 166-169-cu sətirlər aşağıdakı redaksiyada verilsin: 166 Multipleks operatoru xidmətinin (yerüstü çoxkanallı TV xidməti) abunəçilərinin sayı -//-
167 Platforma operatoru xidmətinin (İPTV xidməti) abunəçilərinin sayı -//-
168 Platforma operatoru xidmətinin (kabel TV xidməti) abunəçilərinin sayı -//-
169 Platforma operatoru xidmətinin (OTT xidməti) abunəçilərinin sayı -//-
1.1.2.5. 170-ci sətir ləğv edilsin;
1.1.3. “III bölmə. Mobil telefon abunəçilərinin sayı, abunəçi” cədvəli yeni redaksiyada verilsin (əlavə olunur);
1.2. həmin qərarla təsdiq edilmiş “Rabitə xidmətləri haqqında” 4-rabitə №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in: 1.2.1. 3.1.12-ci, 3.1.13-cü, 3.1.14-cü, 3.2.7-ci, 3.2.8-ci, 3.2.9-cu, 3.2.10-cu, 3.2.11-ci, 3.2.18-ci, 3.2.30-cu, 3.2.31-ci, 3.2.52-3.2.55-ci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“3.1.12. Sətir 64-də mobil operatorların ölkədaxili və beynəlxalq danışıqlardan, SMS, data və internet xidmətlərindən əldə etdiyi gəlirlər qeyd olunur. Sətir 65-də ölkədaxili mobil səs xidmətlərindən, sətir 66-da isə beynəlxalq mobil səs xidmətlərindən əldə edilən gəlirlər göstərilir. Bura rouminq xidmətləri daxil deyil. Sətir 67-də beynəlxalq SMS-lər də daxil olmaqla SMS-lərin göndərilməsindən əldə edilən gəlirlər qeyd olunur. Sətir 68-də data və internet xidmətlərindən əldə olunan gəlirlər göstərilir. 65-68-ci sətirlərdə nəzərə alınmayan digər mobil xidmətlərdən əldə olunan gəlirlər sətir 69-da qeyd olunur.
3.1.13. 64-cü sətirdən ölkə xaricində rouminq xidmətlərindən istifadə olunan mobil operatorun öz abunəçilərindən əldə etdiyi bütün mobil pərakəndə rouminq gəlirləri sətir 70-də qeyd olunur. Bu, operatorun öz abunəçilərindən xarici ölkədə olarkən zənglər etdikdə və ya qəbul etdikdə əldə etdiyi pərakəndə gəlirləri ifadə edir. 64-cü sətirdən ölkə daxilində mobil operatorun xarici vətəndaşların rouminq xidmətlərindən istifadəsi (zənglərin edilməsi və ya qəbul edilməsi) ilə əlaqədar əldə etdiyi gəlirlər sətir 71-də göstərilir.
3.1.14. Mobil operatorların genişzolaqlı mobil xidmətlərdən (data, internet və s. xidmətlərdən) əldə etdiyi gəlirlər sətir 72-də göstərilir.
3.2.7. Sətir 102-də son 90 gün ərzində mobil səs xidmətlərindən istifadə edən fakturalı və fakturasız mobil telefon abunəçilərinin sayı, sətir 103-də son 90 gün ərzində mobil telefondan istifadə edən abunəçilərin sayı, sətir 104-də isə son 90 gün ərzində mobil telefondan istifadə etməyən abunəçilərin sayı qeyd olunur.
3.2.8. Sətir 105-də mobil operator tərəfindən müqavilə əsasında xidmətlər göstərilən fakturalı mobil telefon abunəçilərinin sayı göstərilir. Müqaviləyə uyğun olaraq abunəçilər xidmətlərdən istifadə etdikdən sonra hər ayın sonunda mobil operatorlara ödəniş edir. Əgər abunəçi müqavilədə göstərilən limitdən artıq istifadə edibsə, mövcud tarifə uyğun olaraq əlavə ödəniş edir. Sətir 106-da mobil telefon xidmətlərindən istifadə etmək üçün balansa əvvəlcədən ödəniş edən fakturasız abunəçilərin sayı qeyd olunur.
3.2.9. Sətir 107-də mobil telefon üzrə ümumi trafiklərin həcmi göstərilir. 107-ci sətirdən mobil telefon şəbəkəsinə beynəlxalq, sabit və ya mobil şəbəkələrdən daxil olan ümumi səs trafikinin (dəqiqələrin) həcmi sətir 108-ə, 107-ci sətirdən mobil telefon şəbəkəsindən sabit, mobil və ya beynəlxalq istiqamətlərə həyata keçirilən səs trafikinin (dəqiqələrin) həcmi isə sətir 109-a daxil edilir.
3.2.10. 107-ci sətirdən ölkə xaricində mobil operatorun öz abunəçiləri tərəfindən xarici mobil operatorun şəbəkəsindən istifadə etdiyi beynəlxalq rouminq trafikinin həcmi (edilən və qəbul edilən cəmi danışıq dəqiqələri) sətir 110-da qeyd olunur. Bu göstəriciyə ölkədaxili mobil şəbəkəyə aid olmayan və ya ölkə daxilində müvəqqəti rouminq abunəçilərinin istifadə etdiyi rouminq dəqiqələri daxil edilmir. 107-ci sətirdən ölkə daxilində xarici mobil operatorların abunəçilərinin yerli mobil operatorların şəbəkəsinə qoşularaq rouminq xidmətlərindən istifadəsi (zənglərin edilməsi və ya qəbul edilməsi) nəticəsində hesablanan trafikin həcmi sətir 111-də göstərilir.
3.2.11. Sətir 112-də mobil telefon şəbəkəsi üzrə şəbəkədaxili çıxış trafikinin həcmi, başqa sözlə, mobil abunəçilər tərəfindən eyni mobil şəbəkə çərçivəsində (şəbəkədaxili) edilən zənglərin dəqiqəsi, sətir 113-də isə mobil telefon şəbəkəsi üzrə digər operatorlar üzrə çıxış trafikinin həcmi, yəni mobil abunəçilər tərəfindən bir mobil operatorun şəbəkəsindən digər mobil operatorun şəbəkəsinə (şəbəkədənkənar) edilən zənglərin dəqiqəsi qeyd olunur.
3.2.18. Göndərilən SMS-lərin sayı sətir 120-də, onlardan beynəlxalq istiqamətlərə göndərilən SMS-lərin sayı isə sətir 121-də qeyd olunur. Sətir 122-də daxil olan SMS-lərin sayı göstərilir.
3.2.30. 135-ci sətirdə trafik kanalına malik olan giriş və çıxış mobil telefon zənglərinin istifadəçi tərəfindən başa çatdırılmadan əvvəl, texniki səbəbdən kəsilən hissəsinin faizlə ifadəsi göstərilir. Zəngin vaxtından əvvəl kəsilməsi operatorun şəbəkəsi ilə əlaqəlidir.
3.2.31. 136-cı sətirdə hesabat dövründə mobil operator üzrə uğursuz başa çatmış zənglərin sayının mobil zəng cəhdlərinin ümumi sayına nisbətinin faizlə ifadəsi qeyd olunur. Baş tutmayan zəng xidmət zonasında istifadə olunan nömrəyə edilən zəng cəhdidir ki, bu halda zəng edilən tərəf məşğul olduğu üçün və ya çağırış zəngi zəng edilən abunəçinin nömrəsinin son rəqəmi şəbəkə tərəfindən qəbul edildikdən sonra 40 saniyə ərzində zəngə cavab vermir.
3.2.52. 166-cı sətirdə multipleks operatoru xidmətinin (yerüstü çoxkanallı TV xidməti) abunəçilərinin sayı göstərilir. Multipleks operatoru xidmətinin (yerüstü çoxkanallı TV xidməti) abunəçiləri dedikdə DVB-T və / və ya DVB-T2 stardartlı yerüstü rəqəmsal televiziya yayımını kodlanmış formada (operatorun verdiyi kart, login və ya avadanlıq vasitəsilə) qəbul edən abunəçilər nəzərdə tutulur.
3.2.53. 167-ci sətirdə internet protokolu üzərindən abunəçi televiziya qoşulmalarının sayı qeyd olunur.
3.2.54. 168-ci sətirdə koaksial kabel şəbəkələri üzərindən abunəçi televiziya qoşulmalarının sayı qeyd olunur. 3
.2.55. 169-cu sətirdə audiovizual məhsulun (serial, kino, cizgi və ya sənədli filmlər, tamaşa və ya digər proqramlar) internet vasitəsilə istifadəçinin qəbuledici qurğusuna (terminalına) ötürülməsini təmin edən (İPTV istisna olmaqla) xidmət abunəçiləri qeyd olunur.”;
1.2.2. 3.1.15-ci yarımbəndinin ikinci cümləsində “ADSL və HDSL xidmətləri üzrə sətir 75- də, GPON” sözləri “xDSL internet xidmətləri üzrə sətir 75-də, FTTx internet” sözləri ilə əvəz edilsin və həmin cümləyə “sətir 77-də” sözlərindən sonra “, simsiz internet xidmətlərindən əldə olunan gəlir sətir 77-1-də, peyk internet xidmətlərindən əldə olunan gəlir sətir 77-2-də” sözləri əlavə edilsin, üçüncü cümləsində “GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə)” sözləri “FTTx (fiber to the x — x nöqtəsinə optik lif)” sözləri ilə əvəz edilsin;
1.2.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərində “ADSL və HDSL” sözləri “xDSL” abreviaturası ilə, “GPON” abreviaturası “FTTx” abreviaturası ilə əvəz edilsin;
1.2.4. 3.2.22-ci yarımbəndində “5G abunəçiləri də bura daxil edilmir.” məzmununda üçüncü cümlə əlavə edilsin;
1.2.5. aşağıdakı məzmunda 3.2.22-1-ci və 3.2.28-1-ci yarımbəndlər əlavə edilsin:
“3.2.22-1. 126-1-ci sətirdə mobil telefon və kompüter (USB modem vasitəsilə) vasitəsilə 5G mobil şəbəkəsi üzrə aktiv genişzolaqlı mobil abunəçilər tərəfindən internet şəbəkəsinə qoşulmaların sayı göstərilir. Burada son 90 gün ərzində internetə çıxışı olan və xidmətlərdən istifadə etmək üçün qoşulma haqlarını ödəyən abunəçilərin sayı nəzərə alınır.”
“3.2.28-1. 132-1-ci sətirdə “ölkə əhalisinin 5G mobil şəbəkəsi ilə əhatə faizi” göstəricisinə dair məlumat qeyd olunur. Bu göstərici abunəçi və ya istifadəçi olmasından asılı olmayaraq, 5G mobil telefon siqnalının əhatə dairəsinə (diapazonuna) düşən sakinləri əks etdirir. Sözügedən göstərici hesablanarkən 5G mobil telefon siqnalının əhatə dairəsinə düşən sakinlərin sayı əhalinin ümumi sayına bölünür və alınan nəticə 100-ə vurulur.”;
1.2.6. 3.2.29-cu yarımbəndinə “Bu göstəricinin hesablanması zamanı mobil operatora daşınan nömrələrin cəminə və ya alternativ olaraq hər bir operatordan daşınmış nömrə saylarının cəminə istinad edilməlidir.” məzmununda ikinci cümlə əlavə edilsin;
1.2.7. 3.2.33-cü yarımbəndinin birinci cümləsində “ADSL (asimmetrik rəqəmsal abunə xətti) və HDSL (sürətli rəqəmsal abunə xətti) abunəçilərinin sayı, 141-ci sətirdə GPON” sözləri “xDSL abunəçilərinin sayı, 141-ci sətirdə FTTx” sözləri ilə əvəz edilsin;
1.2.8. 3.2.56-cı yarımbəndi ləğv edilsin; 1.2.9.
“3.3. III bölmə. Mobil telefon abunəçilərinin sayı” bölməsi aşağıdakı redaksiyada verilsin: “
3.3. III bölmə. Mobil telefon və sabit genişzolaqlı internet abunəçilərinin sayı
179-190, 192-199, 201-203, 205-208, 210-215, 217-226, 228-232, 234-238, 240-245, 247-253, 255- 258, 260-265, 267-271, 273-277-ci sətirlər üzrə 1-ci sütunda mobil telefon abunəçilərinin, 2-ci sütun üzrə isə sabit genişzolaqlı internet abunəçilərinin sayı inzibati ərazi vahidləri bölgüsündə göstərilir. Bu bölmə ildə bir dəfə, dördüncü rübdə doldurulur.”.
2. Bu Qərar 2025-ci il fevralın 1-dən qüvvəyə minir. 3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin.
Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini
Vahab Məmmədov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri