Previous Next
Bağla

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026 20:23
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır. Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib.

Xeberler.az məlumat verir ki, bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-in sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir.

Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək.

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

27-02-2026

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

"E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

01-04-2025

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

12-11-2025

İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

17-09-2019

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə