Bakıda “Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı panel müzakirəsi təşkil olunub. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Div Academy” və “Fikir Coworking”in tərəfdaşlığı ilə ərsəyə gəlib. Layihənin əsas məqsədi gənclərə rəqəmsal marketinq sahəsindəki mövcud karyera imkanlarını tanıtmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək və bu sahədə şəbəkələşmələrinə dəstək göstərmək olub.
Xeberler.az bildirir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində rəqəmsal marketinqin gənclərin karyera inkişafında önəmli rol oynaması, bu sahənin əmək bazarında artan tələbatı və yeni karyera imkanları barədə fikirlər səsləndirilib.
Müzakirələr zamanı spikerlər rəqəmsal marketinqin üstünlükləri, gənclər üçün inkişaf perspektivləri və sahə üzrə tələb olunan əsas bacarıqlar barədə öz təcrübələrini bölüşüblər.
Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə suallarını ünvanlayaraq mövzu ətrafında geniş müzakirə aparıblar və onları maraqlandıran məsələlərlə bağlı ətraflı cavab alıblar.
Tədbir gənclərin rəqəmsal marketinq üzrə biliklərini artırmasına, yeni bacarıqlar əldə etməsinə və sahənin mütəxəssisləri ilə şəbəkələşməsinə imkan yaradıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları