Previous Next
Bağla

Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb

11-07-2023 09:32
Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb
"Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb. Yəni, Qazaxıstan vətəndaşının eGov mobil tətbiqində olan aşağıdakı məlumatları tam olaraq "rəqəmsal sənəd" statusuna malikdir".
 
Bu barədə Osman Gündüz öz Facebook səhifəsində paylaşım edib.
 
O qeyd edib ki, aşağıdakı sənədlər elektronlaşdırılıb:
 
1. Şəxsiyyət vəsiqəsi
2. Pasport
3. Etibarnamələr
4. Sürücülük vəsiqəsi
5. Ali məktəb diplomu
6. Kollec diplomu
7. Müvəqqəti yaşamaq üçün icazə
8. Doğum haqqında şəhadətnamə
9. Nigah sənədi
10. Sığorta polisi
 
Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində bu qeyd olunanları telefonunda eGov mobil tətbiqinə daxil olmaqla təqdim edə bilər, bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir. Yəni, artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilmir. Bunun üçün telefonda eGov mobil tətbiqindəki elektron məlumat, "Rəqəmsal şəxsiyyət vəsiqəsi" yetərlidir.
Kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malikdir.
 
Osman Gündüz xatırladın ki, bizim eGov mobil tətbiqdəki məlumatların hələlik belə bir statusu yoxdur. Həm də inteqrasiya tam başa çatmayıb, məlumatlar çox azdır.
Bizdə hətta, əksinə, hələ də adında "elektron" sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumları var. Məsələn, bəzən elektron qaimənin, əmlak haqqında elektron məlumatın kağıza çap edib təqdim edilməsi tələb olunur.
Amma ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir. Məsələn Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqi vasitəsilə Etibarnamələrin rəqəmsallaşmasını tam həll edib.
 
"Doğrudur, bəzi hallarda bu rəqəmsal sənədləri də tanımaqdan imtina edənlər, kağız formada tələb edənlər, vətəndaşın özünün gəlməsini tələb edənlər olur .
Amma Ədliyyə Nazirliyi ədliyyə xidmətlərin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.Hələlik ölkəmizdə vahid bir servisdən, məsələn, eGov mobil tətbiqindən, yaxud portaldan "rəqəmsal sənədlər" servisini almaq mümkün deyil. Buradakı elektron məlumatlar , sadəcə məlumatlardı, sənəd statusuna malik deyil.
Bildiyim qədər hazırda İRİA bu istiqamətdə ciddi işlər görür. Pərakəndə halda olan eGov portallarının birləşdirilməsi, superportalın yaradılması da ləngiyir. Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa "rəqəmsal sənəd" statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək".
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

29-12-2023
Zəvvarlar rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcəklər

Zəvvarlar rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcəklər

04-05-2026
Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021
Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə