“Ötən gün Milli Məclisin komitəsində çox əhəmiyyətli, 15 il gözlənilən bir məsələ nəhayət ki müzakirəyə çıxarıldı. Söhbət ölkəmizdə aşağıdakı sənədlərin rəqəmsal versiyasının hazırlanmasından gedir “.
Xeberler.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib. O, bildirib ki, Şəxsiyyət vəsiqəsi, Nikah şəhadətnaməsi, Doğum haqqında şəhadətnamə və Ölüm haqqında şəhadətnamə telefonlarda rəqəmsal formada rəsmi sənəd kimi qəbul ediləcək:
“Xatırladıram ki, hazırda bir çox hökumət saytlarında, portallarda, MyGov-da bu qeyd olunanlarla bağlı nələrisə elektron formada tapmaq olar. Amma problem ondadır ki, həmin resurslarda olan bu sənədlər haqqında məlumatlar, sadəcə məlumat xarakteri daşıyırdı.
Yəni, siz telefonu çıxarıb hansısa dövlət qurumuna MyGov-dakı bu məlumatları göstərsəniz, onu məlumat deyil, rəqəmsal sənəd olaraq qəbul edilməsi ehtimalı sıfra yaxın idi, ola bilər yalnız bəzi mütərəqqi fikirli məmurlar bunu sənəd olaraq qəbul edə bilərdilər.
İndi isə Milli Məclisin komitəsində müzakirə olunan qanunlara dəyişikliklərdə söhbət ondan gedir ki, yuxarıda adı çəkilən sənədlər haqqında telefonunuzdakı myGov tətbiqində olan məlumatlar artıq RƏQƏMSAL SƏNƏD statusuna malik olacaq
Yəni siz telefonu çıxarıb MyGov-da şəxsiyyət vəsiqəniz haqqında məlumatı təqdim edəndə qarşı tərəf onu məlumat yox, sənəd olaraq qəbul edəcək.
Xatırladıram ki, bu məsələ ölkədə rəqəmsal hökumət quruculuğuna sistemli formada başlanan 2010-cu illərdən bu yana həmişə müzakirə predmeti olub. Qonşu ölkələrin bir çoxu bu mərhələni keçiblər. Xatırlayıram ki Qazaxıstan vətəndaşlarının mobil telefonunda 20+ sayda sənədin rəqəmsal versiyası var.
Ümid edirəm İRİA rəqəmsal transformasiyanı daha da sürətləndirəcək.
eGov səlahiyyətləri ASAN-da olarkən çox çalışdılar ki bu məsələni həll etsinlər, lakin açıq demək lazımdır ki, öhdəsindən gələ bilmədilər.
RİNN-nin, İRİA-nın bu məsələni nəhayət ki gündəmə gətirməsi deyərdim ki böyük hadisədir və çox təqdirəlayiqdir.
Bildirmək istərdim ki üzdə görünən cəmi 4 qanuna dəyişiklik olsa da, bu kağız sənədlərin rəqəmsala çevrilməsi üçün İRİA təxminən 230-dan çox fərman və sərəncamlara, hökumət qərarlarna da dəyişiklikləri hazırlayıb və hökumətə təqdim edib.
Ümid edirəm Milli Məclis tez bir zamanda qanunlara dəyişiklikləri təsdiqləyəcək.
Beləliklə proses başa çatandan sonra vətəndaşın cibində, yaxud portmanatında qeyd olunan kağız sənədləri daşımağa ehtiyac qalmayacaq, o istənilən dövlət və ya özəl quruma, istənilən məmura yaxınlaşanda sadəcə telefonunu çıxarmaqla ən azı 4 sənədi təqdim edə biləcək.
Tam məsuliyyətlə qeyd etmək olar ki, bundan sonra ölkədə rəqəmsal transformasiya prosesləri hədsiz dərəcədə yüksələcək, məmur vətəndaş münasibətləri daha da rəqəmsallaşacaq, xidmətlər daha rahat formada əldə olunacaq və təmassız olacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri