Previous Next
Bağla

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023 15:11
Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ötən gün yeni elektron hökumət Super Portalının konsepsiyasını təqdim edib.
 
Xatırladıram ki, indiyədək bizdə "e-Gov", "MyGov", "DXR.AZ" və regional hökumət portalı "rih.gov.az" resursları vardı.
 
Gizli deyil ki, bu resurslar rəqəmsal hokumət quruculuğu baxımından effektiv və çevik resurslar deyil, tələbatı ödəmir, vətəndaşlar arasında populyar deyil. eGovdakı xidmətlərin də bir çoxu da aktiv deyildi. Bu rəsmi resurslarda olan rəsmi məlumatlar isə rəsmi sənəd statusunda deyildi, sadəcə məlumat idi. İndi İRİA bu resurslardan 3-nün, e-Gov, MyGov və rih.gov.az əsasında yeni, vahid bir elektron hökumət portalı- Super Portal və mobil versiyası (Rəqəmsal cüzdan ) təklif edir. Resurs tam rəqəmsal olacaq. İlkin mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nigah şəhadətnaməsi, diplomlar və s.) tam rəqəmsal sənədə keçirilməsi nəzərdə tutulub. Data əsaslı xidmət olacaq.
 
Yəni, bu resursa daxil olaraq təqdim edilən məlumat sadəcə məlumat olmayacaq, rəsmi sənəd statusu qazanacaq. Bununla da bütün sənədlərimiz telefonda-cibimizdə olacaq.
 
Vətəndaş hökumətin göndərdiyi bildirişləri qəbul edə biləcək. Vətəndaş fərdi məlumatlarına nəzarət edəcək. Super Portalda dövlətin bütün elektron xidmətlərinin olması nəzərdə tutulur. İRİA açıqlayıb ki, bu istiqamətdə bir çox mərkəzi qurumlarla real əməkdaşlıqlar var.
 
Düşünürəm ki, doğru və faydalı bir yanaşmadır. Bununla da vətəndaşlar rəqəmsal hökumətin üstünlüklərindən daha effektiv bəhrələnə biləcək, vətəhdaş-hökumət münasibətləri daha rahat və çevik olacaq. Ölkədə rəqəmsal transformasiya xeyli sürətlənəcək. İRİA cari ilin sonuna Super Portalın ilkin versiyasını istifadəyə verməyi nəzərdə tutub.
 
Yeri gəlmişkən, İRİA bir müddət öncə dövlət qurumları arasında elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təqdim etdiyi modelin də istifadəyə verilməsi istiqamətində işlərin başa çatmaqda olduğunu bildirib.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun Prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
 myGov-un mobil əlavəsi hazırlanır

myGov-un mobil əlavəsi hazırlanır

28-08-2019
"Mygov Checker" tətbiqi yaradılıb

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024
Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

02-08-2023
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
RİNN-in bütün elektron xidmətləri vahid portalda

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
 “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022
İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024
Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar ?

Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar ?

06-06-2024
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025
Rəqəmsal Məcəllədən nə xəbər var ?

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024
Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022
"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə