Previous Next
Bağla

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019 11:55
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

“Kaspersky Lab” şirkəti 2019-cu ilin ilk dörd ayı ərzində azərbaycanlı uşaqların ən çox ziyarət etdiyi saytları təhlil edib və belə bir nəticəyə gəlib ki, azyaşlılar ən çox əyləncəli multimedianı seçir. Anonim tərtib olunmuş statistikaya görə, ziyarətlərin demək olar ki, yarısı məhz bu istifadəçilərin payına düşür (44%).

Xeberler.az bildirir ki, internet-kommunikasiya resurslarına giriş 31% göstərici ilə ikinci pillədədir. Üçüncü yerdə isə cəmi 6%-lə kompüter oyunları olan saytlar qərarlaşıb. Azərbaycanın azyaşlı istifadəçilərinin digər resurslara marağı nisbətən azdır. Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında uşaqların şəbəkə fəallığının təxminən 5%-i xəbər saytlarının, 4%-i onlayn alış-veriş saytlarının, 1%-i isə böyüklər üçün nəzərdə tutulmuş resursların (qumar, spirtli içkilər, silah, narkotik maddələr, zorakılıq və s) payına düşür. Pornoqrafik saytlara giriş isə nisbətən yüksəkdir - 2%.

Son 12 ay ərzində, yəni 2018-ci ilin may ayından 2019-cu ilin may ayına qədər MDB ərazisində uşaqlar rusdilli sosial şəbəkələr arasında əsasən “Vkontakte”, “Instagram”, “Skype” proqramlarına, ingilis dilli şəbəkələr arasında isə “Facebook”, “Twitter” və “Pinterest” proqramlarına axtarış veriblər. Multimediya resursları arasında lider “YouTube” kanalı olaraq qalır, həmçinin “Spotify” və “Netflix” resursları da uşaqlar tərəfindən fəal istifadə olunur.

Filmlər və seriallar arasında axtarış sətirində əsasən “Taxt-tac oyunları”, “Qisasçılar”, “O”, “Riverdeyl”, cizgi filmləri arasında “Smeşariki”, “Qrafiti Folz”, “Əjdahanı necə əhilləşdirmək-3” axtarışa verilib. İngilis dilində musiqi axtarışlarında lider mügənni Billi Aylişdir. Uşaqlar elektron ticarət portallarından ən çox “AliExpress”, “Avito”, “Ozon”, “Yula”dan, ingilis dilində isə həmçinin “Amazon” və “eBay”dan istifadə edib. “Minecraft”, “Tanklar Online”, “Roblox” və “Fortnite” isə azyaşlıların ən sevimli oyunları olaraq qalır.

“Müşahidələrimiz göstərir ki, oyunlar və sosial şəbəkələr aktiv şəkildə mobil platformalara keçir. “TikTok” servisi məşhurlaşır, uşaqlar virtual ünsiyyəti məhdudlaşdırmamaq üçün kompüterdən deyil, mobil qurğulardan istifadəyə üstünlük verirlər. Lakin, film seyr etmək və musiqi dinləmək onlar üçün böyük ekran və daha dəqiq görüntüyə görə stasionar kompüterlərdə daha rahatdır”, - deyə “Kaspersky Lab” şirkətinin kontent təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev bildirib.

Uşaqları internet təhlükələrindən qorumağa “Kaspersky Safe Kids” həlli yardım edir.
“Kaspersky Lab”ın bu məhsulu bir çox aktual kibertəhlükələri tapır və məhdudlaşdırır. Bundan başqa, bu həll vasitəsi ilə valideynlər uşaqlarının sosial şəbəkələrdəki hərəkətlərindən, dost siyahısındakı dəyişikliklərdən, eləcə də real vaxt rejimində uşaqlarının yerini öyrənə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb

16-06-2021

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə