Robotlara “altıncı hiss” əlavə edilib-Video

08-05-2017 / 10:26

Veo Robotics şirkəti yad predmetlərdən insanlara qədər, ətrafda olan bütün obyekt və maneələr haqqında təsəvvür yaratmağa imkan verən sistemin hazırlanması üzərində işləyirlər.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Almaniyanın Fraunhofer IWU institutunun tədqiqatçıları bu istiqamətdə müəyyən tədbirlər görsələr də,  Veo şirkətinin yanaşması daha dinamik və həssas hesab edilə bilər.

Çünki “altıncı hiss”ə malik yeni sistem təhlükəsiz və təhlükəli zonalara güvənmək əvəzinə, əsasən obyektlərin tanınması və başqa semantik modelləşdirilməyə əsaslanır.

Əvvəllər təcrid edilmiş sahələrdə sənaye robotlarının tapılması insan həyatı üçün ən təhlükəsiz hesab edilirdi. Çünki insanlarla robotların iş birliyi istehsal effektivliyini əhəmiyyətli dərəcədə yüksəldirdi.

Yeni robot elə əvvəlki kimi işləyir, lakin indi o, ətrafda olan hər şeyin dəqiq yeri və ölçüsünü bilir. Əgər insan və ya nəqliyyat vasitəsi qadağan olunmuş zonaya daxil olarsa, hansısa detal qırılarsa və ya normadan kənara çıxma qeydə alınarsa robot işini yavaşlada bilər. Əgər sistem 100% təhlükəsizliyə əmin olmazsa fəaliyyətini tam dayandırır.

Hazırda şirkət robotu bir neçə partnyorla birlikdə sınaqdan keçirir. Veo Robotics sisteminin tam təkmilləşdirilmiş versiyasının isə 2019-cu ildə hazır olacağı bildirilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə