Avtomobilləri park edən robot-Video

25-05-2017 / 11:49

Fransanın Stanley Robotics şirkətinin mühəndislərinin hazırladığı Stan adlı qeyri-adi robot parketmə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki,  robot avtodayanacağa daxil olan avtomobili qaldırır və onu boş park yerinə daşıyır.

Stan avtomobili xüsusi platformanın köməyi ilə qaldırır. Avtomobilin sahibi mobil əlavə vasitəsilə öncədən özünə avtodayanacaqda yer saxlaya, həmçinin “Stan”ın onu avtomobillə girişdə gözləməsi üçün dayanacağı tərk edəcəyi vaxtı göstərə bilər. Robotların işinin effektivliyini artırmaq üçün avtodayanacaqda eyni zamanda birdən çox bu kimi qurğu işləyə bilər.

Qeyd edək ki, Stanley Robotics-in əsası 2015-ci ildə qoyulub və şirkət bir müddət öncə böyük investorlardan öz layihələrinin inkişafı üçün bir neçə milyon dəyərində investisiya alıb. Hazırda insanların vaxta qənaət etməsinə imkan verən “Stan” robotu Parisin Şarl de Qoll hava limanında işləyir. Xüsusilə, reysə gecikənlərin işini asanlaşdıran bu robot sərnişinlər istirahətdən qayıtdıqda avtodayanacağın çıxışında onları avtomobilləri ilə gözləyir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə