Previous Next
Bağla

RYTN-ə tabe olan media qurumlarında islahatlar aparılır

21-01-2016 10:46
RYTN-ə tabe olan media qurumlarında islahatlar aparılır

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində hazırda ciddi islahatlar aparılır.

Bir müddət əvvəl də məlumat vermişdik ki, islahatlar çərçivəsində kadr dəyişiklikləri də edilir.

Belə ki, son aylarda RYTN-də Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov, nazir müşaviri Müşviq Əmirov, nazirliyin ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev də vəzifəsindən azad edilib.

Hazırda yalnız mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Müşviq Əmirov əvvəllər nazirliyin çoxsaylı media qurumlarına da rəhbərlik edib. 

Belə ki, yeni rəhbərlik təyin olunanadək  nazirliklə bağlı bütün məlumatlar həm qurumun rəsmi saytı mincom. gov.az üzərindən, “Rabitə dünyası” qəzeti və onun onlayn versiyası vasitəsilə,  həm də RYTN-nin  İCTnews.az elektron xəbər xidməti  vasitəsi ilə cəmiyyətə çatırılırdı. Eyni zamanda , bu qurumun daxilində olan digər strukturların RYTN-lə bağlı açıqlamalarını yayan internet resursları var.

Əvvəllər reallıq belə idi ki, rəsmi məlumatlar və press-relizlər, əksər vaxt, hətta nazirliklə bağlı vacib məlumatlar rəsmi sayt vasitəsilə deyil, ilk olaraq ictnews.az elektron xidmət vasitəsi ilə yayımlanırdı.

Son zamanlarda isə nazirliyin media qurumlarının fəaliyyətində də cididi  dəyişikliklər müşahidə olunur.

Məlumat verdiyimiz kimi, bir müddət öncə RYTN-də  islahatlar daxilində  qurumun qəzetinin artıq bağlandığı, bundan sonra öz işini jurnal kimi davam etdirəcəyi açıqlandı.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, hazırda yeni nazir bu media qurumlarına nəzarəti gücləndirib və daha bir neçə kadr dəyişiklikləri edib.

Məlumatımıza görə,  İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq departamentinin sabiq rəhbəri Tahir Məmmədov Müşviq Əmirovun yerinə təyin olunub.

Bildirilir ki, bundan sonra nazirliyin media resurslarına Tahir Məmmədov nəzarət edəcək. 

Əldə etdiyimiz məlumatda nazirliyin media resurslarında fəaliyyət göstərən  işçlərin də bir qisminin işdən kənarlaşdırıldığı bildirilir. Nazirliyin sonradan yaradılan media resursu, ictnews.az media qurumunun fəaliyyətini  dayandırdığı bildirilir.

Əldə etdiyimiz məlumatlar və müşahidələr göstərir ki, nazirlik hazırda rəsmi resurs olan mincom.gov.az-ın  canlandırılması və qanunvericilikdə nəzərdə tutulduğu kimi bu resurs vasitəsilə ictimai informasiyaların və rəsmi xəbərlərin açıqlanmasını gücləndirməyi qarşıya məqsəd qoyub.

Bununla əlaqədar kadr təminatının da həyata keçirildiyi, rəsmi resursun yeni redaktorun təyin edildiyi də bildirilir.

Ümumiyyətlə, zaman-zaman ekspertlər dövlət qurmumun bu qədər media resursunu saxlayıb, dövlət büdəcəsindən maliyyələşdirilməsinin düzgün olmadığını və ictimai informasiyaların ancaq rəsmi saytlar vasitəsilə yayılmasının vacibliyini diqqətə çatırırdı. Belə ki, qeyd edilirdi ki, bütün dövlət qurumları fəaliyyətləri ilə bağlı məlumatları obyektiv olaraq  rəsmi sayt üzərindən yayımlamalı və bütün media orqanlarına məlumat eyni anda çatmalıdır.

Bu baxımdan ekspertlər bir neçə media qurumu saxlamaqdansa , onların kadr potensialından və resurslarından istifadə etməklə rəsmi internet resursun fəaliyyətinin gücləndirilməsini düzgün addım kimi dəyərləndirirlər.

Ekspertlər  hesab edirdirlər ki, dövlət qurumları bu kimi media orqanlarından informasiya təbliğat maşını kimi istifadə edir və bu da  insanların obyektiv informasiya əldə etmələrini əngəlləyir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarının xəbər saytları saxlaması nə dərəcədə doğrudur?

21-12-2015

Müşviq Əmirov müşavirlikdən çıxarılıb

18-01-2016

Nazirliyin qəzeti bağlanır? - Rəsmi açıqlama

19-12-2015

RYTN-də daha bir şöbə müdiri işdən çıxarılıb

13-01-2016

Elm və Təhsil Nazirliyində iki sektor yaradılıb

02-09-2025

İltimas Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətində şöbə rəisi təyin olundu

19-08-2022

Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

02-12-2016

RYTN qarlı hava şəraiti ilə bağlı hansı tədbirləri görür?

26-01-2016

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016

Mətbuat və İnformasiya Mərkəzi istifadəyə verildi

07-08-2015

Nazirliyin yeni saytı nə vaxt istifadəyə veriləcək?

04-05-2018

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024

Yeni nazirin 100 günü tamam oldu - Dəyişikliklər və gözləntilər

28-04-2016

Nazirlik yeni saytını təqdim edib

17-05-2018

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

MEDİA hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

01-03-2026

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

18-12-2015

Nazirliyin etik müvəkkil və informasiya məsələləri üzrə məsul şəxsi təyin edilib

25-02-2019

Nazirliyin e-xidmətləri təhlil edilib

13-08-2015

Nazirliyin yeni saytı istifadəyə veriləcək

03-06-2017

Devalvasiya ilə yadda qalan İT gündəm

28-12-2015

Elm və Təhsil Nazirliyində yeni təyinat olub

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə