Previous Next
Bağla

Yeni nazirin 100 günü tamam oldu - Dəyişikliklər və gözləntilər

28-04-2016 13:56
Yeni nazirin 100 günü tamam oldu - Dəyişikliklər və gözləntilər

Bu həftənin əvvəli, 25 aprel tarixində rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin bu vəzifəyə təyin olunmasının 100 günü tamamlandı.

Məlum olduğu kimi, ötən il keçmiş MTN ətrafında baş verən hadisələrdən sonra,   RYTN-də ciddi yoxlamalar başlamış və sabiq nazir Əli Abbasov, nazirliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən azad olunmuşdu. Bəzi yüksək vəzifəli şəxslər haqqında həbs qəti imkan tədbiri seçilmişdi və təhqiqatlar da indiyədək başa çatmayıb. 

Belə bir vaxtda -  ötən il noyabrın 25-də  Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olundu.  Cari ilin əvvəlində, 2016-cı ilin  yanvarın 15-də Ramin Quluzadə Prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olundu. Ramin Quluzadə İKT sektorundan olmayıb və uzun müddət Heydər Əliyev Fondunda departament rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki,  adətən yeni nazir təyin olunanda ilk 100 günü ərzində nazirliyin və nazirin fəaliyyətində tənqidi yanaşmaya elə də önəm verilmir. Yəni, bir növ bu müddət onun üçün sınaq mərhələsidir. Xüsusilə də nəzərə alsaq ki, yeni nazirin təyinatı bu qurum ətrafında baş verən araşdırmalar və yüksək vəzifəli şəxslərin korrupsiya və vəzifə səlahiyyətlərinin aşması ittihamı ilə işdən azad olunduğu bir vaxta təsadüf etmişdi.

Odur ki, ötən 100 gün ərzində media və ekspertlər nazirin və nazirliyin fəaliyyətinə qiymət verməkdə aktivlik göstərməyib.

Elə biz də- Xeberler.az olaraq  bu müddət ərzində daha çox işdən çıxarılanlar haqqında və nazirliyin rəsmi məlumatlarını yayımlamağa üstünlük vermişik.

Ramin Quluzadənin bu vəzifəyə təyin olunmasından sonra isə RYTN-də və bütövlükdə İKT sektorunda yeni era başlayıb. Nazirin təyinatından sonra nazirlikdə ciddi islahatların başlanması haqqında rəsmi açıqlamalar verilib.

Məlum olduğu kimi, bu günə qədər RYTN-də və onun tabeliyində olan qurumlarda   çox sayda vəzifəli şəxslər də işdən çıxarılıb. Son günlərdə Nazirlik və onun tabeliyində olan qurumların rəsmi açıqlamalarından da görsənir ki, müəyyən yoxlamalar başa çatmaq üzrədir və bu sektorda islahatlarla bağlı yeni addımların atılacağı gözlənilir.

Bu müddət ərzində görülən işlər, mövcud durum və İKT sektorunda islahatların gedişi lə bağlı məlumat əldə etmək üçün ekspertlərlə söhbətlər apardıq.

Ekspertlər də yeni nazirin təyinatından elə də uzun müddət keçmədiyini, indiyədək  dəyərləndiriləcək rəsmi mesajların, yeni İKT layihələrin və konkret nəticələrin olmadığını əsas gətirərək təhlillər aparmağın, qiymət verməyin tez olduğunu bildirirlər.

Bununla belə apardığımız müşahidlər və söhbətlər onu deməyə əsas verir ki, hələlik bu sektorda ciddi dəyişikliklər elə də müşahidə olunmur.

Müşahidələr hətta onu göstərir ki, bəzi sahələrdə, xüsusilə də elektron hökumət quruculuğu, uğurlu və böyük İKT layihələrin icrası və internet xidmətləri sahəsində  durğunluq və geriləmə var. İKT sektorunda maraqlı tərəflərin iştirakı ilə mövcud situasiyadan çıxış, problemlərin həlli ilə bağlı müzakirələrin keçirilmədiyi də diqqət çəkən məqamlardandır.

Xüsusilə də son zamanlar özəl provayderlərin daha çox sıxışdırıldığı, onlardan əsassız tariflərin ödənilməsinin tələb olunduğu, dövlətə məxsus kabel-kanalizasiya infrastrukturundan istifadənin pisləşdiyi bildirilir. 

Bu günlərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) də kabel – kanalizasiya infrastrukturu ilə bağlı aparılan yoxlamaların başa çatması ilə bağlı rəsmi açıqlama yayıb. BTRİB Bakının telefon kabel sisteminin təkmilləşdirildiyini bildirib
 
Eyni zamanda nazirliyin media ilə əlaqələrinin zəiflədiyi, nazirin özünün də vətəndaşlarla görüşləri və fəaliyyətinin, xarici səfərlərinin mediada çox az işıqlandırıldığı gözə çarpır.

Jurnalistlər də bu qurumdan informasiya əldə etməyin çətinləşdiyini bildirirlər.

Digər tərəfdən isə, məlumdur ki, son dövrlərdə keçirilən müşavirələrdə Prezident idarəetmədə ciddi islahatların aparılacağını və ciddi  özəlləşdirmə proqramının həyata keçiriləcəyini açıqlayıb. İKT sektorunda da uzun müddətdir ki, tənzimləmədə ciddi problemlərin olması haqqında tez-tez açıqlamalar verilir.

Prezidentin çıxışından sonra bəzi ekspertlər İKT sektorunda da beynəlxalq standartlara uyğun olaraq müstəqil tənzimləyici qurumun yaradıla biləcəyi,RYTN-in kommersiya səlahiyyətlərinə son qoyulacağı və iri telekommunikasiya qurumlarının özəlləşdiriləcəyi haqqında açıqlamalar verib.

Hələlik bu istiqamətdə hansısa təkliflərin hazırlanması, hansı qurumların özəlləşdirilə biləcəyi haqqında RYTN tərəfindən rəsmi açıqlamalar verilməyib.

Ümumiyyətlə bəzi ekspertlər son dövrlərdə RYTN ətrafında baş verənləri, xeyli sayda vəzifəli şəxslərin işdən azad olunduğunu və onların yerinə təyin olunanların bu sahə ilə bağlı təcrübələrinin yetərli olmadığını nəzərə alaraq müsbət dəyişikliklərin elə də tez nəzərə çarpmayacağı qənaətindədirlər.

Bununla belə, vəziyyətin uzun müddət belə davam etməsinin, İKT sektorunda uğurlu layihələrin dayanmasının, İKT ilə bağlı beynəlxalq tədbirlədə iştirakçılığın zəifləməsinin və islahatların ləngiməsinin də doğru olmadığı qeyd edilir.

Ekspertlər islahatların canlandırılmasının vacibliyini diqqətə çatdırır və bu məqsədlə dövlət, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsini vacib hesab edir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016

RYTN-nə yeni nazir təyin olundu-Sərəncam

15-01-2016

RYTN-də kütləvi ixtisarlara səbəb nə olub?

23-05-2016

Yeni nazir keçmiş nazirin adamlarını işdən çıxardı

02-02-2021

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018

Ramin Quluzadə və müavininin növbəti vətəndaş qəbulları baş tutub

11-10-2019

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016

“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

18-12-2015

Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

13-07-2018

RYTN-də daha bir şöbə müdiri işdən çıxarılıb

13-01-2016

Ekspert:Rəqəmsal inkişaf və nəqliyyat nazirinin neçə müavini var?

25-05-2022

“Doğma provayderlər”in taleyi necə olacaq?

24-11-2015

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

AzEuroTel şirkətinin rəhbəri işdən çıxarıldı

07-06-2016

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

Müşviq Əmirov müşavirlikdən çıxarılıb

18-01-2016

RYTN-ə tabe olan media qurumlarında islahatlar aparılır

21-01-2016

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016

Nazirliyin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

04-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə