Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Ötən həftənin rəsmi xəbərlərindən, mediada maraqla qarşılanan xəbərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı lisanziyalaşma sahəsndə ciddi islahatlarla bağlı fərman olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İKT sahəsində gündəmdə olan, sosial mediada ciddi müzakirələrə səbəb olan məqamlardan biri də böhran və devalvasiyanın ölkənin İKT sektoruna təsiri ilə bağlıdır.
Xeberler.az olaraq ölkənin İKT sektorunun böhrana necə tab gətirəcəyi, devalvasiyanın bu sektorda hansı fəsadlar yaradacağı, vəziyyətdən çıxış yolları ilə bağlı ekspertlərin rəylərini öyrəndik.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Uzun müddətdir müzakirə olunan mövzulardan biri də dövlət qurumlarının xəbər saytlarını saxlaması ilə bağlı gedən söz-söhbətlərdir.
Bildiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində bir neçə media qurumu fəaliyyət göstərir. Müşahidələrimiz göstərir ki, əksər vaxt hətta nazirliklə bağlı vacib məlumatlar rəsmi sayt vasitəsilə deyil , ilk olaraq ictnews.az elektron xidmət vasitəsi ilə yayımlanır. Son günlərdə məlumat verdiyimiz kimi, RYTN-də ciddi islahalatlar aparılır. Bu islahatlar daxilində qurumun qəzetinin artıq bağlandığı, bundan sonra öz işini jurnal kimi davam etdirəcəyi açıqlanıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə İKT gündəminə düşən hadisələrdən biri də manatın üzən məzənnə rejiminə keçilməsi ilə bağlı olaraq texniki avadanlıqlar bazarında artımla bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə ölkə gündəmində ən çox müzakirə olunan məqam böhran şəraitindən maksimum itkisiz çıxmağın yollarını tapmaq idi. Ekspertlərin fikrincə elektron ticarət belə məqamlarda ən optimal variantdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə ölkəmizdə elektron quruculuq istiqamətində atılan addımlardan biri də arxiv fondlarının məlumat sisteminin elektronlaşdırılmasının başa çatması ilə bağlı xəbərdir.
Milli arxiv fondunun elektron fond kataloqu Milli Arxiv İdarəsinin (MAİ) rəsmi saytında açıq elan edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Radiosevərlər üçün sevindirici xəbər ötən həftədən etibarən ASAN radio 100 MHz tezliyində test yayıma başlayıb.
İlkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Uzun müddətdir gündəmdə saxladığımız Delta Telecom-un fəaliyyətində yenə problemlər yarana bilər.
Belə ki, ölkə provayderlərinin böyük əksəriyyətinin Delta Telecom-a külli miqdarda borcu yaranıb. Məhz bu səbəbdən Delta Telecom şirkəti ölkəyə verdiyi interneti dayandırmaq məcburiyyətində qala bilər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ekspertlər hər zaman bildirib ki, böhran şəraitində ən uğurlu addım startap yaratmaqdır. Startap Günlərinin qalib layihəsi olan Musicbeez ötən həftə fəaliyyətə başladı.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bildiyimiz kimi Prezident İlham Əliyev dekabrın 10-da Huawei şirkətinin Pekindəki Sərgi Mərkəzində olmuşdu. Ötən həftə Azərbaycan Huawei şirkəti ilə daha böyük İKT layihələrə başlaması ilə bağlı məlumat bu görüşün səmərəli keçməsindən xəbər verir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin İKT sahəsində tanınmış Huawei şirkəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanda genişzolaqlı şəbəkənin qurulması layihəsi və əməkdaşlığın perspektiv inkişafı müzakirə olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri