Samsung və Mozilla “gələcəyin” brauzerini hazırlayırlar

04-04-2013 / 10:55

Firefox brauzerinin tərtibatçısı Mozilla və Samsung şirkətləri Servo adlı yeni nəsil brauzer bazası üzərində iş apardıqlarını bəyan ediblər.

 

xeberler.az Rabitə və İnformasiya Texnologiyaları Layihənin əsas məqsədi sürətli, çoxnüvəli, geterogen kompüter arxitekturalarından və paralel hesablama sistemlərindən istifadə edən və eyni zamanda təhlükəsizlik məsələlərini nəzərə alan həllin yaradılmasından ibarətdir.

 

Başlanğıc nöqtədən işlənən proqram Mozilla-da yaradılan və indiyədək hazırlanma mərhələsində olan Rust proqramlaşdırma dilində yazılır.

 

Servo ilk növbədə Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ARM prosessorlu qurğular üçün nəzərdə tutulur və belə qurğuların istehsalı ilə Samsung məşğul olur. 2013-cü ilin yanvarında şirkət ARM arxitekturalı 8 nüvəli prosessor nümayiş etdirib.

 

Həllin bazara nə vaxt çıxarılacağı ilə bağlı məlumat verilmir. Qeyd edək ki, Mozilla Servo-nun hazırlanması ilə 2012-ci ildən məşğuldur və brauzer şirkətin tədqiqat layihələri sırasına daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə