“Samsung”un Mədəniyyət Nazirliyi ilə birgə layihəsi: “Sənət kainatına səyahət”

17-08-2021 / 18:41

“Samsung” Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq etdiyi ortaq bir layihəni təqdim edib. Qeyd edək ki, dövlət muzeyləri ilə əməkdaşlıq müasir texnologiyaların tarixi, sənəti və təhsili daha əlçatan edə biləcəyini nümayiş etdirmək üçün əla vasitədir. Beləliklə, “Samsung” cihazları sayəsində hər kəs “Galaxy S21 Ultra” ilə çəkilmiş onlayn ekskursiyadan zövq ala biləcək. Unikal eksponatlar görüntünün keyfiyyətini itirmədən, qədim əşyaların üzərində təsvir olunmuş ən kiçik elementləri və zərif naxışları belə aydın şəkildə izləməyə imkan yaradan detallı çəkiliş ilə qeydə alınıb. Layihə, muzeyin qalereyasında təqdim olunan bütün sənət incilərinin ətraflı görüntüləri olan bir saatlıq videomaterialdan ibarətdir. Tam video ilə “Youtube” kanalında (https://www.youtube.com/watch?v=L0w8rT7Cwco) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi respublikanın aparıcı muzeyidir. Hazırda muzey iki yanaşı tarixi binada – “De Burun sarayı” və “Mariinski Qadın Gimnaziyasının” binasında yerləşir. Bir-birilərinə müasir üslubda hazırlanmış şüşə keçid ilə birləşən iki bina hazırda bir tikili qismində fəaliyyət göstərir.

Muzeyin kolleksiyası 18 minə yaxın eksponatdan ibarətdir. Muzeyin 60 zalında üç mindən çox eksponat təqdim olunur. Bunlardan, Avropa rəssamlarına birinci korpusda ayrılmış 7 zalı, rus rəssamlarına aid 10 otağı və İran, Türk və Yapon sənət nümunələrinə həsr olunmuş otaqları qeyd etmək olar. İkinci korpus tam şəkildə Azərbaycan sənət incilərinə həsr edilib. Burada rəsm, sənətkarlıq, metal və keramika üzrə qədim sənət nümunələri, eləcə də xalq sənət inciləri - kostyumlar, zərgərlik əşyaları, miniatürlər və qablar təqdim olunub. Həmçinin muzeydə ölkənin müxtəlif bölgələrindən gözəl xalçaları da seyr etmək olar.

Təəccüblü deyil ki, videoekskursiya olduqca canlı və dolğun təqdim edilib. Sözügedən flaqman həm də peşəkar səviyyəli kamera sisteminə də sahibdir. Belə ki, təkmilləşdirilmiş “100x Space Zoom” ilə təchiz edilmiş yeni 108MP professional sensoru olan dördlü əsas kamera (ultra geniş bucaq, geniş bucaq və ikili telefoto), 64 dəfə daha dolğun, üç qat daha geniş dinamik aralığa malik 12 bitlik HDR fotolar çəkməyə imkan yaradır. İlk dəfədir ki, “Galaxy” smartfonu, ön və arxa kameralar daxil olmaqla, bütün obyektivlərlə saniyədə 60 kadr sürətinə malik 4K çəkilişləri dəstəkləyir. Əlavə olaraq selfi kamerasının köməyi ilə saniyədə 24 kadr sürətinə malik 8K keyfiyyətli video çəkilişlərdə aparmaq mümkündür.

Smartfon əsl foto studiya kimi fəaliyyət göstərə bilir, siz sadəcə video çəkə və onu dərhal yutub və ya instaqrama yükləyə bilərsiniz. Çünki məzmunu birbaşa cihazda tənzimləyə və ya redaktə etmək mümkündür. İndi əlinizdə bu kimi foto/video materialları qeydə almaq imkanlarınız var:

“Director’s View” – bu rejimdə həm ön, həm də arxa kameralar videonu eyni anda qeydə alır.

“Bright Night” – bu funksiyanın köməyi ilə isə süni zəka bütün kameralardan çəkilmiş fotoları toplayaraq, kadrda yayılmaları aradan qaldıraraq hətta zəif işıqlandırılma şəraitində belə yüksəkkeyfiyyətli fotolar əldə etməyə imkan yaradır.

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə