Çoxdandır gözlənilən smartfonlardan, məşhur Koreya istehsalçısının A3, A5 və A7 modelləri artıq Azərbaycan bazarındadır.
Xeberler.az-ın məlumatına görə, bu barədə Samsung Azerbaijan rəsmi Facebook səhifəsində paylaşım edib.
Məlum olduğu kimi, 2017-ci ilin Galaxy A5 smartfonu özündə premium dizaynı və istifadə rahatlığını cəmləşdirir. Premium metal və şüşədən hazırlanan bu smartfon, özünün müasir və zərif dizaynı ilə diqqət çəkir.
Bu smartfon müxtəlif rənglərdə - qara, çəhrayı, qızılı və göy rənglərdə təqdim edilib.
Galaxy A5 modeli 8 nüvəli güclü prosessorla təchiz olunub.
Toza və suyadavamlı (İP68)
Smartfonun korpusu IP68 standartına uyğun olaraq suya və toza davamlıdır. Hətta, suyun 1.5 metr dərinliyində 30 dəqiqəyə qədər qala bilir. Bu isə cihazdan yağışlı havada və üzgüçülük hovuzunun ətrafında istifadə etməyə imkanı verir.
Yüksək icazəli selfilər
2 ədəd 16 meqapiksellik kameraya (ön və arxa) malik olan bu smartfon aydın şəkillər çəkir. Cihaz avtomatik olaraq zəif işıqlı mühitləri təyin edir və buna baxmayaraq, ön və arxa kameralar vasitəsilə parlaq şəkillər çəkməyə imkan verir. F1.9 ölçülü linzalar isə şəkillərinizin dəqiq və aydın olmasını təmin edir.
Həcmli batareya və sürətli enerji doldurma
Yenilənmiş akkumulyator isə cihazın işləmə saatını artırır, sevdiyiniz musiqi və əlavələrdən daha uzun müddət zövq almağa imkan yaradır. Galaxy A5 modeli sürətli enerji doldurma texnologiyası ilə də təchiz edilib. Bu, vaxt az olduqda telefonu sürətlə doldurmağa imkan verir.
Artırıla bilən yaddaş (256 GB qədər)
2 Sim-kart dəstəkləyən bu smartfonun 32 Qb-lıq daxili yaddaşı, 256 Qb-a qədər artırıla bilər.
Barmaq izi skaneri
Barmaq izi skaneri ilə şəxsi məlumatlarınız tam qoruma altındadır. Anında işləyən skanerə, bloku açmaq üçün, bir toxunuş belə bəs edir.
Yeni A5 modelinin qiyməti isə 949 AZN-dir.
Yeni modeli Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.az və Soliton mağazalar şəbəkələrindən əldə etmək mümkündür.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri