Previous Next
Bağla

Şəhəri “Twitter” vasitəsilə idarə edən mer

28-04-2015 11:30
Şəhəri “Twitter” vasitəsilə idarə edən mer

İspaniyanın kiçik Xun şəhərinin meri – informasiya cəmiyyətinin və “birbaşa demokratiya” texnologiyalarının həvəskarı olan bu şəxs artıq dörd ildir ki, şəhəri “Twitter” sosial şəbəkəsi vasitəsilə idarə edərək, şəhər xidmət orqanları və əhali arasında əks-əlaqədə mikrobloqların ideal alət olduğunu sübuta yetirir.

Xose Antonio Rodriqo Salas 2011-ci ildə mer postuna seçildikdən sonra şəhər əhalisinin hamılıqla “Twitter” şəbəkəsində akkaunt hesab açması və onu meriyada təsdiq elətdirməsi üçün təşviqat aparmağa başlayıb. Hər istifadəçi bələdiyyə idarəsi tərəfindən təsdiqlənmiş şəxsi əlaqə xətti alıb. Bu xətt istifadəçiyə gündüz və ya gecənin istənilən vaxtı merə və ya bələdiyyə məmurlarına istənilən mövzu ilə bağlı müraciət etmək imkanı yaradır. İstifadəçinin məmurların səhifəsinə belə daxil olmasına ehtiyac yoxdur. Onun öz “tvit”ində müraciət etdiyi məmurun adını yazması ilə qarşı tərəf daxil olmuş müraciəti dərhal görəcək.

Məmurun müraciətə cavab verməsi və ya onu bilavasitə icraçıya ötürməsi də “Twitter”də görünür. Bütün bunlar tam aydın və aşkarlıq şəraitində, nəinki şəhər əhalisinin, həm də sosial şəbəkənin dünya auditoriyası qarşısında baş verir. Beləliklə, sosial şəbəkə ilə sakinlərin şəhər telefon xidmətlərinin anonim dispetçerlərindən zəng etmələri və müraciətlərinə dair hansı tədbirin görülməsi barədə məlumatsız qaldıqları adi kommunikasiya sistemi arasındakı təzad göz qabağındadır.

Şəhər əhalisi “Twitter” vasitəsilə şəhər şurasının onlayn rejimində keçirilən iclaslarında iştirak edə bilər. Merin sözlərinə görə, mikrobloqqinq şəhər administrasiyasının vaxtına və puluna qənaət edərək effektiv, sürətli və pulsuz kommunikasiya kanalı təqdim edir.

Çox şey vəd edən bu sosial eksperiment barədə bu günlərdə “Huffington Post” texno-bloqunda da yazılıb. Mikrobloqlar vasitəsilə idarə olunan “İnanılmaz Xun” şəhəri haqqında məqalədə belə bir nümunə də verilir: şəhər sakini merə müraciətində yaşadığı küçədə fənərin sındığını yazır. Bir neçə dəqiqədən sonra mer ona təşəkkür edir və fənərin təmirinin tapşırıldığı elektrik ustanın adını verir. Səhəri gün isə usta öz “tvit”ində təmir olunmuş fənərin fotosunu qoyur.

Amerika müəllifləri qeyd edirlər ki, ABŞ-da bəzi məmurlar “Twitter” vasitəsilə vətəndaşlara cavab verirlər. Lakin bu, istisnadır və bu barədə qəzetlərdə xəbər verilir. Xun şəhərində isə mer Xose Antonio Rodriqo Salas sosial şəbəkədə öz seçicisinin “tvit”inə cavab verməsə, qəzetlər yazacaq.( AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Twitter-in beş yaşı tamam oldu

22-03-2011

«Twitter»də son 2 ayda 30 milyon insan qeydiyyatdan keçib

03-11-2010

“Twitter” də “TikTok”u almaq istəyir

10-08-2020

«Facebook» və «Google» «Twitter»i 10 milyard dollara alacaq?

10-02-2011

I Avropa Oyunları mövzusu Twitter-in Azərbaycan seqmentində necə əks olunub?

04-06-2015

Twitter-də problem yaranıb

12-07-2019

Twitter-dən daha bir yenilik

22-10-2015

İnstaqramın Yaxın dostlar funksiyası Tvitterə tətbiq olunub

29-05-2022

Twitter bu paylaşımları qadağan etdi-Qərar

22-02-2018

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

BMT: Twitter-də insan hüquqları mərkəzi yer tutmalıdır

06-11-2022

Twitter-də 20 milyardıncı ismarıc yerləşdirilib

03-08-2010

Twitter-dan daha bir yenilik

06-01-2015

9 ildə Twitter-də nələr dəyişdi?

28-08-2015

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

“Twitter-dəki problem Azərbaycan seqmenti ilə əlaqəli olmayıb”

07-11-2016

Twitter simvol məhdudiyyətini aradan qaldırıb

13-08-2015

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Obama Twitter-də mikrobloq açıb

18-05-2015

Bing-dən Twitter Dəstəyi

25-11-2009

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015

Foursquare ilə Twitter birlikdə çalışacaq

18-12-2014

Məmurlara “Odnoklasniki” və “Facebook” qadağası

29-12-2009

“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

12-04-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə