Türkiyə Texnoloji Vəqfi olaraq Azərbaycanla birgə texnoloji tədris mərkəzlərimiz var. Bununla yanaşı, “TEKNOFEST” üzrə də əməkdaşlıq etməyi düşünürük. Yaxın vaxtlarda bununla bağlı Azərbaycanla danışıqlara başlayacağıq. İndi isə azərbaycanlı qardaşlarımızın bir an əvvəl öz komandaları ilə “TEKNOFEST”ə müraciət etmələrini gözləyirik.
Xeberler.az bildirir ki, bu sözləri Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “TEKNOFEST”in idarə heyətinin sədri Səlçuk Bayraktar deyib.
S.Bayraktar bildirib: “Ölkəmizə, eləcə də qardaş ölkələrə faydalı olmağın mənəvi cəhətdən çox böyük üstünlükləri var. Hər şeydən əvvəl onu deyə bilərəm ki, insanın özünü faydalı hiss etməsi qədər güclü başqa bir hiss yoxdur. Etika və əxlaqa bağlı qalaraq milli texnologiyalarımızı inkişaf etdirmək üçün bizim sadəcə özümüzə inanmağımız və güvənməyimiz lazımdır. Birliyimiz sayəsində dünya miqyasında ən yeni texnologiyaları hazırlaya bilərik”.
Festivalın keçirilməsində əsas məqsədin Türkiyənin milli texnoloji sahəsinin inkişaf etdirilməsi olduğunu deyən S.Bayraktar qeyd edib: “Texnologiyanı xaricdən almaq yerinə Türkiyənin milli texnologiyasını və hətta dünya texnologiyalarını inkişaf etdirib cəmiyyətə təqdim etmək istəyirik. İllər ərzində azərbaycanlı qardaşlarımızın da iştirakı ilə keçirilən “TEKNOFEST” yarışmalarında gördük ki, türk gəncləri şərait yaradıldığı təqdirdə ən yeni texnologiyaları dünyaya təqdim edə bilərlər. Yarışmalarda iştirak edən gənc qardaşlarımız arasında dünya birincilikləri alanlar da oldu. Bu gənclərimizin bizim gətirdiyimiz bayrağı daha irəliyə, hətta kosmos sahəsinə qədər aparacaqlarına inanırıq”.
Qeyd edək ki, İstanbulda dünyanın ən böyük aviasiya, kosmik və texnoloji festivalı olan “TEKNOFEST” keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri