Previous Next
Bağla

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022 16:22
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky-nin məlumatına görə, dünya üzrə şirkətlərin 35%-i kiber insident nəticəsində işçi məlumatlarının sızması ilə üzləşib. Onların təxminən yarısı (43%) baş verən hadisə barədə media xəbər tutmamış danışıb, 45%-i vəziyyəti ümumiyyətlə şərh etməməyə üstünlük verib, 12%-i isə jurnalistlər məlumat sızması barədə məlumat verdikdən sonra bu haqda ictimaiyyəti məlumatlandırıb.

Təcavüzkarlar həm müştəri məlumatları, həm də şirkət işçilərinin şəxsi məlumatları üçün ova çıxır. Lakin sonuncular sızma riskini minimuma endirmək üçün necə davranacağını bilməyə bilər, çünki şirkətlərin yalnız 44%-i kiber təhlükəsizlik qaydaları üzrə təlimlər keçir. Üstəlik, onların böyük əksəriyyəti (64%) təlimin keyfiyyətindən narazıdır. Bununla belə, respondentlərin 42%-i razılaşır ki, növbəti ildə informasiya təhlükəsizliyi sahəsində biznes üçün əsas tapşırıqlardan biri işçilərə kibertəhlükəsizlik qaydalarına əməl etməyi öyrətmək və onların rəqəmsal savadlılığını artırmaqdır.

“Kiber insident zamanı bütün şöbələrin tez, dəqiq və əlaqələndirilmiş şəkildə hərəkət etməsi vacibdir. Bu, həm insidentə cavab vermək, həm sistemi bərpa etmək, həm də düzgün və zamanında böhran kommunikasiyası həyata keçirməyə aiddir. Yalnız bu yolla şirkət öz reputasiya və maliyyə itkilərini minimuma endirə bilər. Məhz buna görə də, böhran zamanı əvvəlcədən hazırlanmış fəaliyyət planının olması vacibdir. Həmin anda PR və kibertəhlükəsizlik mütəxəssislərinin qarşılıqlı fəaliyyəti, məlumat mübadiləsi və müxtəlif vəziyyətlərdə daxili və xarici kommunikasiya üçün strategiya hazırlaması mühüm əhəmiyyət kəsb edir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Məlumat sızmasının qarşısının alınması korporativ sistemlə qarşılıqlı əlaqədə olan və təcavüzkarlar üçün potensial hədəf ola biləcək hər bir kəsin razılaşdırılmış birgə hərəkətini tələb edir. İşçiləri daha yaxşı qorumaq üçün şirkətlər etibarlı qoruma vasitələri tətbiq etməli və paralel olaraq kollektivin rəqəmsal savadlılığını artırmaq üçün çalışmalıdırlar:

1. sistemə icazəsiz girişlərin qarşısını almaq üçün yamaqların və proqram yeniləmələrinin vaxtında quraşdırılmasını təmin edin;

2. məxfi məlumatları şifrələmə ilə qoruyun, yaradılan şifrələrin mürəkkəb olduğundan əmin olun, həmçinin çoxfaktorlu autentifikasiya tətbiq edin;

3. giriş cəhdlərini bloklamaq üçün təhlükəni aşkarlamaq və ona cavab vermək funksiyalarına malik etibarlı təhlükəsizlik həllindən istifadə edin, məsələn, Kaspersky Endpoint Detection and Response;

4. mühüm əhəmiyyətə malik məlumatlara çıxışı olan insanların sayını məhdudlaşdırın, çünki satıla və ya başqa bir şəkildə istifadə edilə bilən məxfi və qiymətli məlumatlarla nə qədər çox işçi işləyirsə, onların sızma ehtimalı bir o qədər yüksəkdir;

5. aparıcı istehsalçıların sözün əsl mənasında keyfiyyətli təlimlərinin köməyilə işçilərin kiber təhlükəsizlik davranışı bacarıqlarını inkişaf etdirin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021
Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə