AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 23-24 oktyabr 2024-cü il tarixində Türkiyənin İzmir şəhərində keçirilən “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib.
Xeberler.az bildirir ki, azərbaycanlı alim konqresdə “Media məkanı: siyasi diskurs” adlı məruzə ilə çıxış edib.
Alim məruzəsində qeyd edib ki, müasir siyasi məkanın medialaşması və virtuallaşması virtual məkana funksional və semantik yük qazandırır. Kütləvi siyasi dəyərlərin, mənaların, dünyagörüşün formalaşmasını və siyasi reallığın dərkini öz açıqlığına görə virtual məkan şərtləndirir. Qeyd edilənlər siyasi prosesdə şəbəkə məsələlərini getdikcə daha çox aktuallaşdırır. Vurğulanır ki, informasiya müharibəsi şəraitində riskləri minimuma endirmək üçün milli informasiya məkanının idarəolunanlığının və suverenliyinin qorunması aktuallaşır. Qlobal informasiya müharibəsi kontekstində öz informasiya təhlükəsizliyini təmin etmək və ictimai şüura kənar təsirlərin aktiv cəhdlərinə qarşı çıxmaq məqsədilə informasiya məkanının hər bir dövlət tərəfindən qorunan milli internet seqmentlərinə parçalanması baş verir. Alim qeyd edib ki, müasir şəraitdə milli informasiya təhlükəsizliyi, xüsusilə ideoloji təhlükəsizlik məsələsi xüsusi aktuallıq kəsb edir.
Professorun məruzəsi maraqla qarşılanıb. Konqres iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri